Dırnaqlarda
ox, krujeva, tor və həndəsi naxışlar əlləri gözəl göstərir. Əgər bura
pastel rənglər əlavə olunarsa, o zaman effekt ikiqat artmış olur.
Pastel
çalarları bir neçə ildir ki, aktualdır. Bu yaz onlar hakimiyyəti yenə
əla alacaq. Odur ki, zülmət saçan tonları, tünd və ya qara kimi manikürü
açıq çalarlarla əvəz etməyin əsl vaxtıdır.
Bu yazıda modapərəst xanımlar üçün pastel rənglərdə romantik təsir bağışlayan bir neçə ideya təklif etmişik.
Dırnaqları
müxtəlif boyalarla boyamaq olar? Niyə də yox! Müxtəlif rəngli dırnaq
boyaları ilə boyanmış dırnaqlar artıq dəbdə qəbul olunduğu üçün, bu
barədə narahat olmağa dəyməz.
İstənilən
mövzuda rəsmlər dırnaqlarınızı zinətləndirir: Bu, gül ornamentləri,
yarpaq naxışları, həndəsi fiqurlar və s. Bütün bunlar fantaziyanıza
bağlıdır!
Heç
kimin fransız manikürünü dəbdən sıxışdırıb çıxarmağa gücü çatmaz,
onlar əbədi klassika sayılır. Fransız manikürü bu gün də dəbdədir. Amma
indi ustalar bu manikürü istənilən rənglərlə tətbiq etməyə imkan verir.