“Dırnaqlarımın rəngi çox sarıdır. Ona görə həmişə dırnaq boyası sürtmək məcburiyyətində qalıram”, - deyə şikayət edirsinizsə,bu təbii formuldan yararlana bilərsiniz.
Hər gecə 1 ədəd limonu sıxın və dırnaqlarınızı bu limon suyunun içinə batıraraq masaj edin.
Onu bildirək ki, dırnaqlarınızın sarı rəngdə olması bədəndəki vitamin əskikliyi ilə bağlıdır. Həkimə gedib həkim məsləhəti ilə B və E vitamini qəbuluna başlayın.