Ev şəraitində pedikur necə edilməlidir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 896
Səs ver:
(səs: 0)
Ayaqlar çox tez zərər görən və bütün fəaliyyətləri əngəlləyən bir bölgə olduğu üçün adi şəkildə tətbiq olunan qulluq ayaq sağlamlığı üçün olduqca əhəmiyyətlidir. Evdə ayaq baxımı da güman edilənin əksinə olduqca asan və əslində daha sağlamdır. Gözəllik mərkəzi, ya da spa da bir çox adama tətbiq olunan materialların gigiyenik baxımdan nə dərəcədə təmiz olduğu hətta müzakirə oluna bilməz. Bu üzdən ev şəraitində özəl olaraq avadanlıq və məhsullarla ayaq nəzarətinin təmin olunması çox daha yaxşı və sürətli nəticələr verəcəkdir.

Evdə Ayaq Baxımı Üçün İstifadə Edilən Materiallar Nələrdir?
Hazır ayaq peeling-ləri,
Hazır ayaq maskaları,
Daban daşı,
Dırnaq qayçısı,
Nəmləndirici krem,
Masaj kremləri,
Pambıq corab kimi materiallar ayaq baxımı üçün istifadə edilir.

Bu vəsaitlər əsasən hər evdə olan vəsaitlər çərçivəsində də var. Məsələn, nəmləndirici krem əvəzinə az miqdarda zeytun yağı ilə ayaqlara masaj aparılarkən, daban daşı əvəzinə buxar vannasından sonra yüngül kisə ilə ayaqdakı kirlər yox edilə bilər. Hər axşam xüsusilə yatağa girmədən əvvəl, yəni yer ilə təmas kəsildikdən sonra nəmləndirici krem ilə ayaqlara masaj edilməsi vacibdir.
Bunun səbəbi, ayaqların çatlamasının, qurumasının, ya da kobudlaşmasının qarşısını almaqdır. Ayaq dırnaqları, gigiyenik baxımdan heç vaxt uzadılmamalıdır. Daim ayaqqabı və ya tərlik geyindiyi üçün uzun dırnaqlar, dırnaq strukturunu pozacaq və çox daha dərindən qırılmalara səbəb olacaq. Müntəzəm fasilələrlə dırnaq kəsimi etmək və qoruyucu lak vurmaq da dırnaq baxımı üçün əhəmiyyətlidir. Əgər gərgin iş həyatı və ya məktəb həyatı varsa, insanların pedikürə heç bir addım atmaması və olduqca uzun fasilələrlə yeniləməmək lazımdır. Pedikür heç başlamadığı təqdirdə zərəri olmayan, başlayanda davam etdirilmədiyi təqdirdə böyük zərərləri olan bir təmizlik faktorudur.

Ayaq Baxımı necə Keçirilməlidir?
Hər duşdan sonra nizamlı şəkildə ayaqlara masaj kremi ilə masaj edilməlidir. Ayaqlar uzadılmaq şərti ilə rahatlıq verilməli və daha sonra pambıq corab geyinmədən öncə nəmləndirici krem çəkilməlidir. Nəmləndirici krem çox yedirilmədən corabı ayağa keçirmək və mümkünsə səhərə qədər ayaqları yerə qoymamaq lazımdır.

Bu qulluq sayəsindədə daha yumşaq ayaqlara sahib olmaq olduqca asan olacaqdır. Dırnaq sektoruna diqqət etmək və formasız dırnaqlar kəsmək gələcəkdə dırnaq batması kimi problemlərlə üzləşməsinə səbəb ola bilər. Mütəmadi olaraq dırnaq kəsmək, üç gündə bir ayaq masaj kremini tətbiq etmək və hər gecə pambıq corab geyinilməsə də nəmləndirici kremi ayaqlara sürmək olduqca faydalı nəticələr verəcək və daha sağlam ayaqlara qovuşmağı təmin edəcəkdir
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 896
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri