Xanımların vazgecilməzi olan ƏTIRLƏR BARƏDƏ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 770
Səs ver:
(səs: 0)
Ilk parfum fabriki 1608-ci ildə Florensiyada Santa Mariya monastirinda yaradılmışdir. Bu fabrikə Roma Papası özü himayədarlıq edirdi, məhz ona görə də məşhurluq qazanmışdı.

Qadın parfumerləri ətirləri, sarışın, brunet və kürən qadınlar kateqoriyasına bölürlər. Bunun səbəbi fərqli saç rəngi olan qadınların, dəri strukturunun da fərqli olmasıdır. Məsələn sarışın qadınların dəriləri daha quru olur və ətri daha yaxşı özündə saxlayır.

Qədim Yunanıstanda gənc qızlar dərilərindən gözəl ətir gəlsin deyə, çox qəribə üsuldan istifadə edirdilər. Onlar saç düzümlərinə, içində keçi piyi və yasəmən ekstrakti olan kiçik torba qoyardılar. Günəş altında, istinin təsirindən keçi piyi əriyib, yasəmən ekstraktina qarışıb, qızların boyun və üzünə yayılırdı. Bu üsulla onların dəriləri gözəl qoxu verirdi.

Parfümeriyada ən bahalı yağ- qızılgül yağıdir. Bu yağın ən təmizini Bolqariyada hazırlayırlar. Bu günki gündə, onun bir kiloqramının qiyməti 5000 dollardır. Bir kiloqram yağ almaq üçün isə, 5000 dən çox qızılgül ləçəyi lazım olur. Məhsul əllə və ildə sadəcə bir dəfə 30 gün ərzində yığılır.

Bioloq Şeref Mansi və parfumer Lyusi Mokrey aromat kapsulalari icad ediblər ki, onlarin qəbul edən insanın bədəni gözəl qoxu verir. Tərləmə nə qədər intensiv olarsa, qoxu da bir o qədər çox ifraz olar. "Yeyilən ətir" hələ satışa buraxılmasa da, klinik testlərdən keçmə mərhələsindədir.

Müasir parfümeriya industriyasında 6000 mindən çox komponentdən istifadə edirlər. Parfumun dəyəri bu komponentlərin nə qədər çox olmasından asılıdır. Misal üçün deyək ki, məşhur CHANNEL 5 ətrində 80-dən çox komponent istifadə olunur ki, bu da bu ətrin bahalı olmasının səbəbidir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 770
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri