Testerlər haqqında qısaca

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 4 045
Səs ver:
(səs: 0)
Tester nədir və testeri almağa dəyərmi? Yəqin fikir vermisiniz ki, internet mağazalarda ətirlərin özü ilə yanaşı tester variantlarını da əldə etmək mümkündür. Həm də testerlərin qiyməti uyğun ölçüdə standart flakonda olan ətrin öz qiymətindən daha aşağı olur. Düzdür, sevdiyimiz ətirləri daha münasib qiymətə almaq istəyirik, amma bir tərəfdən də narahat oluruq. Bəlkə bu tester orijinal ətirlə eyni deyil?!

Testerlər hər hansı ətri əldə etməzdən əvvəl onun qoxusu ilə tanış olub qiymətləndirmək üçündür. Bu səbəbdən ətirlərlə yanaşı onların testerləri də istehsal olunur. İnternet mağazalarda isə belə ehtiyac aradan qalxır və testerlər satışa çıxarılır. Çox vaxt isə elə alıcıların özləri tərəfindən təklif irəli sürülür ki, testerlerə daha az konsentrasiyası olan parfüm doldurulur. Əslində isə bu belə deyil. Tester yalnız ətrin qoxusu ilə tanış olmaq üçün deyil, həm də ətrin nə dərəcədə qalıcı və keyfiyyətli olmasını göstərmək üçün istehsal olunur. Elə buna görə də testerlerin keyfiyyətli olması istehsalçıların özlərinin marağındadır. Bundan başqa, hər hansı ətrin konsentrasiyasının dəyişdirilməsi elə də asan məsələ deyil. Çünki aromatik tərkiblərin dəyişməsi nəticəsində ətrin səslənməsi dəyişə bilər. Bir sıra brendlər eyni adlı parfüm suyu və tualet suyu istehsal edərkən təkcə ətrin tərkibindəki efir yağlarının faizini azaltmır, tərkibinin elementlərində də dəyişiklik edirlər. Testerlə ətrin özü yalnız xarici görkəminə görə fərqlənirlər, qiymət fərqi isə onunla izah olunur ki tester sellofansız, ağ və sadə daşınma qutusunda istehsal olunur. Çox vaxt belə flakonun qapağı olmur. Adətən testerlər böyük ölçülərdə – 90ml, 100ml istehsal olunur, bəzən 75ml və 50ml testerlərə də rast gəlmək olar. Beləliklıə, tester almağın müsbət tərəfləri:

– Daha aşağı qiymətə daha böyük ölçü ala bilərsiniz

– Bağlamanın sizin üçün böyük əhəmiyyəti yoxdursa və tez-tez ətirdən istifadə edirsinizsə tester daha sərfəlidir.

Tester almağın mənfi tərəfləri:

– Testeri hədiyyə kimi təqdim etmək olmur

– Hər hansı ətirdən gec-gec istifadə etdiyinizə görə böyük flakonlar sizin üçün sərfəli deyil.

Sevdiyiniz ətri orijinal bağlamada və ya testerini almaq isə sizin seçiminizdir, uğurlar!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 045
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri