“Tütün”ün adını eşitdikdə nəyi xatırlayırsınız? Yəqin ki, çoxları tabak çəkən və elit konyak içən centlmeni düşünürsünüz. Əsasən, tabak 30-cu illərin filmlərində daha məşhur olub.
Tabakın dumanlı, zəhmli ətri baş döndürərkən, şirinliyi və həssaslığı sevinc bəxş edir. Tarix boyu tabak dəfələrcə qadağan olunub. Çünki onu çəkmək çox zərərlidir. Amma tütünü təkcə çəkmək yox, həm də, qoxulamaq da olur. O qoxusu ilə insanları cəlbetmə işində xüsusi gücə malikdir.
Ətriyyatda da tabak öz gücünü təsdiqləməyi bacarıb. Belə ki, tütün həm kişi, həm də qadın ətirlərinin tərkibində özünə yer tapıb. Düşünə bilərsiniz ki, qadın və tütün? Əlbəttə, niyə də olmasın?! İllər keçdikcə şalvar qadın geyimi oldusa, qadınlar da uniseks qarderoblarını yaratdılarsa, tütünlü ətir də istifadə etmələrində qəbahət yoxdur.
Tütün ətrin tərkibində uyğun konsentrasiyada istifadə üçün ionlu maye və ya tamamilə həll oluna biləcək şəkildə istifadə olunur. O ətirlərin tərkibində ağac-bal, çiçək-ağac kompozisiyalarla dostluq edir. Və tabak çiçək, yarpaq, qurudulmuş formada ətriyyatda istifadə edilir. Tütünün yarpağının əlavə olunduğu ətirlər nisbətən isti, ədviyyatlı qoxu hiss etdirir. Tütün çiçəyini tərkibində birləşdirən ətirlərdə isə siz, bir az bənövşə, bir az mixək melodiyasını duya bilərsiniz.