Quru ətir nədir?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 449
Səs ver:
(səs: 0)
Bir çox brendlər öz orijinal ətirlərilə yanaşı, məhz bu tipdə quru ətirlər də istehsal edirlər. Amma belə ətirləri bütün brendlər istehsal etmir və klassik spirtli ətirlərə nisbətən də az olur. Amma öz növbəsində cəlbedici, orijinal və rahatdır. Quru ətirlər, adətən, qalın, mumlu və ya demək olar ki, möhkəm qatılıqda olur (stick deodorant kimi). Və bu ətirlər öz qalıcılıqları ilə seçilir. Qeyd edək ki, quru ətirlər ideyası yeni deyil, bu ətirləri 100 illərdir ki, şərq ölkələrində uğurla istehsal edirlər.

Quru ətirlər həddən artıq rahatdır – onlar çantada az yer tutur, cazibədar və qeyri-adi görünüşə malikdir. Digər üstünlüyü isə, onları uzun müddət saxlamaq mümkündür. Belə ki, onları qutu ya da xüsusi qablarda saxlasanız, öz qoxusunu itirmədən uzun illər qala bilər.

Müasir dövrdə belə ətirləri kulon, üzük, sırqa kimi formalarda istehsal edirlər. Onları ətir və cəvahiratı sevənlər üçün hədiyyə etmək olar. Quru ətirlər ərəb ətirləri olurlar və onların flakonları kub, taxta, boyalı xüsusi qutulardan ibarət olur. Bu da, yəqin ki, şərqin ətirlərinə xas olan əlamətdir.

Quru ətir almaq – zərif və sehirli şərq mədəniyyətilə tanışlığa addım atmaq deməkdir. Onların 50%-i aromatik maddələrdən hazırlanır. Adətən, ənbər, efir yağları quru ətirlərin tərkib hissəsi olur.

Quru ətirlərin istifadəsi də müxtəlifdir. Onları dəriyə, qanın daha yaxşı dövr elədiyi yerlərə – qulaq arxası, boyun, bilək – vurmaq mümkündür. Belə ətirləri almaq da, ötən 10 ilə baxanda, indi daha asandır. Fransız brendi Yves Rocher – in, Sarah Jessica Parker-in Covet kimi məşhur, keyfiyyətli quru ətirləri mövcuddur.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 449
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
BARBI
Istifade etmisem.Gozel qoxusu olur..Mene iranannhediyye getirmisdiler
29 iyun 2018 22:13
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
❤Ə❤CANAN❤G❤
Sozun duzu 1ci defedir esidirem.
Xeber ucun tsk
29 iyun 2018 21:46
2
canan qizim sirin seker qizim.
Offline
vipbetul
maraqli olduu
29 iyun 2018 20:32
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri