Ətirlərin tərkibindəki fiksatorlar

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 088
Səs ver:
(səs: 0)
Parfümeriyanın bütün məhsulları (parfüm və tualet suyu, parfüm, odekolon və s.) müxtəlif efir yağlarının, heyvan mənşəli komponentlərin, həmçinin süni sintez olunmuş maddələrin qarışığından ibarətdir. Bəs hansı komponent məhz ətrin qalıcılığına cavabdehdir? Və uzun müddət bizə xoş təsir bağışlayacaq ətri necə seçməliyik?

Ətrin qalıcılığı onun keyfiyyətindən asılıdır. Ətriyyatdakı hər bir məhsul satışa getməmişdən əvvəl test edilir. Bu testlərdən biri ətrin qalıcılığını müəyyən etmək üçün edilir. Və hər bir ətrin haqqında məlumat veriləndə onun qalıcılıq müddəti də qeyd olunur.

Gələk əsas məsələyə. Ətrə qalıcılıq verən xüsusi komponentlər var ki, onlar fiksator qoxular adlanır. Bu komponentlər həm orqanik, həm də sintetik ola bilər. Ənbər və müşk ən çox rast gəlinən heyvan mənşəli fiksatordur.

Ənbər – muma bənzər bir maddədir. Bu maddə balinan bağırsaq hissəsindən alınır və pataloji xarakterə malikdir. Alimlər hələ də, bu maddənin yaranmasında nəyin rol oynadığını tapa bilməyiblər. Amma tək bilinən həqiqət var ki, o balinanın bağırsağında müəyyən bir mikrofloranın inkişafından yaranır. Hazırda parfumeriyada təbii ənbərlə yanaşı onun sintetik analoqu ambroksiddən də istifadə olunur.

Müşk – bütün dövrlərin ən erotik komponentidir. 1979-cu ilə qədər bu maddəni erkək antilop kimi heyvanlardan alırdılar. Lakin sonradan müşkü sintetik yolla almağa başlandı ya da bitki mənşəli müşkdən istifadə etdilər. Amma bu üsullar onun fiksator reputasiyasına xələl gətirmədi.

Ənbər və müşkdən sonra öz keyfiyyətilə fərqlənən digər fiksator qoxular da var:

Qətran və balzam (straks, benzoik qətran, loluan balzamı)

Absolutlar – qətranlı maddələrdən və ərpdən təmizlənmiş heyvan-çiçək mənşəli ekstraktlar

Sintetik maddələr (benzilbenzoat, dietil fitalat və s.)

Kristal birləşmələr (darçın efiri, vanilin və s.)

Fiksatorları ətirlərdə istifadə edərkən balansı qorumaq lazımdır. Nə qədər çox əlavə etsək, ətir bir o qədər də qalıcı olar düşüncəsi səhvdir. Ətriyyatçılar fiksatorları qaydasında istifadə etdikdə ətrin harmoniyasına toxunulmadığını bildirirlər. Fiksatorların əksəriyyəti şirin, darçın və ya ədviyyat qoxusu ilə zəngin gecə ətirlərinin yaranmasında istifadə olunur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 088
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri