Adətən, yaz və payız mövsümlərində bol-bol yağışlı günlərimiz olur. Həmin yağışlı, dumanlı günlərdə nə geyinəcəyimiz problemini birtəhər həll etdikdən sonra qarşımızda ətir seçimi kimi problem də dayanır. Məhz belə yağışlı günlərdə hansı ətri istifadə edə bilərsiniz, hansı ətir sizə yağışı, təmiz havanı tam hiss etdirə bilər və ya bu günlərin ən düzgün ətir seçimi hansılardır – bu kimi fikir ayrılıqlarınıza son qoymaq üçün yağışlı günlərdə istifadə edə biləcəyiniz ətirləri sizin üçün seçmişik.
Yağışlı günlərdə “dost”unuz olacaq ətirlərin tərkibində olan notlar
Üst not – berqamot, naringi, ağ çiçəklər
Ürək not – iris, mixək, darçın, ylanq-ylanq
Baza not – müşk, səndəl ağacı, paçuli, enber.
Qeyd etdiyimiz bu notlardan ətirlərinizin tərkibində varsa, deməli, siz yağışlı günlər üçün ətir seçiminizi düzgün etmisiniz.