Ətir alarkən nələrə diqqət etməliyik?

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 526
Səs ver:
(səs: 0)
Keçən yazılarımızdan birində ətriyyat sahəsinin geniş olduğunu, müxtəlif qoxulardan, notlardan bəhs etmişik. Buna görə də, bəzən özümüzə uyğun ətir seçməkdə çətinlik çəkirik. Lakin özümüzə uyğun ətir seçməyin də bəzi yolları var. Sizlərə ətir seçərkən nəzərə alınmalı nüansları təqdim edirik.

1. Ətir almağa səhər gedin
Günün birinci yarısı burun qoxuları daha yaxşı hiss edə bilir, beyin isə daha yaxşı təəssürat oyada bilir. Buna görə də, biz səhərlər informasiyanı daha yaxşı qəbul edir. Eyni zamanda da, burunla beyin bu vaxtı daha həssas olduğu üçün siz özünüzə uyğun ətri düzgün müəyyən edə bilərsiniz.

2. Təmiz dəri ilə gedin
Ətir seçməyə gedərkən dərinizin təmiz olmasına diqqət yetirin. Heç bir qoxulu krem, qoxulu losyon və gellərdən istifadə etməyin ki, qoxular qarışmasın.

3. Eyni anda üçdən artıq ətri yoxlamayın
Burun reseptorları eyni anda 3-4 parfumeriya məhsulunu qəbul etmək qabiliyyətinə malikdir. Daha artıq qoxu olduğundan bunlar bir-birinə qarışır və xoşagəlməz təəssürat yaradır. Əgər qoxuları qarışdırmamaq və daha aydın hiss etmək istəyirsinizsə, yaxşı olar ki, ətirləri şarf ya da ki, dəsmal üzərində yoxlayasınız.

4. Bütün halları nəzərə alın
Ətir seçərkən onu harda və nə vaxt istifadə edəcəyinizi nəzərə alın. Gününüzün böyük hissəsini işdə keçirəcəksiniz? Bunun üçün çalışın əsas notları çiçək, yaşıl çay, meyvə və ya giləmeyvə olan ətirlər seçin. Daha vacib anlar üçün oriyental, ədviyyatlı ətirlərə üstünlük verin. Yox, əgər sizin daha aktiv həyatınız varsa, ağac və sitrus notlarında ətirlər sizin üçün yaxşı seçim ola bilər.

5. Amma xarakterinizi unutmayın
Ünsiyyətcil insanlar, adətən, ədviyyatlı, ekzotik çiçək, nadir ağac notlarında ətirlərə üstünlük verirlər. Qapalı insanlar isə əksinə, daha az hiss edilən ətirləri seçirlər. Daha dinamik olanları parlaq notlar olan ətirlər cəlb edir. Ekstrim həvəskarısınızsa sizi ot, hava notları özünə çəkir.

6. Mağazada kömək istəyin
Mağazada konsultant, ətir məsləhətçisi varsa onunla məsləhətləşin. Daha öncə istifadə etdiyiniz ətirlərdən nümunə göstərin. Sevdiyiniz notlardan danışın.

7. İntuisiyanıza qulaq asın
Daxili hiss heç vaxt yanıla bilməz. Əgər o sizə deyirsə “şokolad qoxulu ətir sizin üçün deyil, sizə yüngül dəniz qoxulu ətir daha yaxşı gedir”, deməli siz bu cür notlarda olan ətir seçməlisiniz.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 526
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri