Ətirlərin tərkibinə görə 10 əsas növü

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 487
Səs ver:
(səs: 0)
“Geyim xarici görkəmi bəzəyir, ətir isə daxili aləmi əks etdirir” – bu sözlər Chanel brendinin parfümeri Jak Pola məxsusdur. Bizim təsadüfi seçdiyimiz ətir həm də bizim daxilimizi və ətrafımızdakı insanlara necə görünmək istədiyimizi əks etdirir. Hər bir insan ətir seçərkən məhz “öz” parfümünü tapmaq istəyir.

Parfümeriya aləmində ətirlərin notlarına uyğun təsnifat mövcuddur. Bu hər bir brendin daxilində fərqlənsə də, ümümilikdə qəbul olunmuş qruplar vardır. Beləliklə şərti olaraq mövcud ətirləri aşağıdakı qruplara ayırmaq olar:

hvofhbfgob

1. Sitrus ətirləri – tərkibinə limon, mandarin, berqamot, qreypfrut yağlarından ibarət olur. Bu ailəyə daxil olan ətirlər sərin və təravətli olurlar.

2. Çiçəkli ətirlər – bu ətirlərin tərkibi nərgiz gülü, qardeniya, bənövşə, yasəmən, zanbaq kimi müxtəlif çiçəklərdən ibarətdir. Bu ətirlər ailəsi istifadəçilər arasında daha populyardır.

3. Fujer ətirlər – adətən tərkibində lavanda, palıd yosunu, ətirşah olur. Bu ətirlər qrupunun adı 1882-ci ildə yaradılmış “Fougere Royale” tualet suyunun adından götürülmüşdür. Həmin ətrin əsası kumarindən (yeni biçilmiş saman qoxusuna malik, süni sintez olunmuş maddə) ibarət idi. Fujer ətirlər adətən tünd, bitkisəl qoxuya malik olurlar.

4. Şipr ətirləri –
bu ətirlərin tərkibinə adaçayı, palıd yosunu, paçuli, berqamot, qətran, büxur qarışığı daxil olur. Francois Coty Kiprdə olarkən palıdın üzərini örtmüş yosunun qoxusuna heyran olmuş və 1917-ci ildə orijinal qoxuya malik ətir “ Chypre” yaratmışdı. Ətirlər qrupunun adı da məhz burdan götürülmüşdür. Belə ətirlər təbiət qoxularını sevənlərin ürəyincə olacaq.

5. Ağac notlu ətirlər – belə ətirlərdə oduncaq notları nəinki iştirak edir, həm də əsas yer tutur. Tərkibi səndəl, sidr, mersin, vetiver və tamamlayıcı rolunda aromatik və sitrus akkordlarından ibarət olur. Mülayim qoxuya malik olurlar. Ağac notlu qadın ətirləri olsa da, əsasən kişi ətirlərində ağac notları üstünlük təşkil edir.

6. Meyvəli ətirlər – adından göründüyü kimi tərkibi müxtəlif meyvələrdən alma, kokos, şaftalı, ərik, armud və s. ibarət olur. Əsasındakı meyvələrdən asılı olaraq həm şirin, həm də sərin ətirli ola bilərlər.

7. Aldehid ətirlər – bu ailəyə daxil olan ətirlərin qoxusu təmiz kimyəvi birləşmə olan aldehidlərdən alınır. Və bu da rəngarəng qoxu çalarlarına imkan yaradır. Dərimizin istiliyi sayəsndə belə ətirlər daha da dolğunlaşır. İlk dəfə aldehid tendensiyası “Chanel № 5” ətrində istifadə olunmuşdur.

8. Dəniz (akvatik, ozon) ətirləri – tamamilə sintetik ətirlərdir və bizə elə qoxuları xatırladırlar ki, onları flakona həbs etmək mumkün olmur: təbiət ünsürləri, dalğaların sıçrayışı, dağ havası və s.

9. Dəri notlu ətirlər –
özünə məxsus qoxuya malik bu ətirlərdə dərini təcəssüm etdirmək üçün ardıc, ağcaqayın qabığı qətranı və tütündən istifaə olunur.

10. Oriental (Şərqi) ətirlər – Bu qrupa daxil olan ətirlərin kompozisiyası vanil, ənbər, müşkün ədviyyəli, isti notlarından ibarət olur. Soyuq payız-qış fəsilləri üçün ideal ətirlərdir.

Əlbəttə bu bölünmə şərti xarakter daşıyır. Lakin belə incəlikləri bilmək sizə ətir seçərkən kömək etmiş olacaq.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 487
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri