Nə istədiyimizi çox vaxt bilmirik...

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 434
Səs ver:
(səs: 0)
Parfumeriya sahəsinə aid olmayan insanın həyatında çox vaxt ətirlər o qədər də önəmli yer tutmur. Lakin, elə ki insan başlayır ətirlər haqqında daha çox maraqlanmağa, onun ağlından müxtəlif stereotiplər keçməyə başlayır. Bu yaxınlarda yaşlı müəllimə xanımla ətirlər haqqında söhbət edirdik. Onu “biz ətirləri ancaq duty free-dən alırıq, qalan hər yerdə saxta ətirlər satılır” fikrindən daşındırmaq çox çətin oldu. Bəlkə də yenə öz fikrində qaldı. Bu növ fikirlər bir çoxlarımızın ağlından keçir. Hələ ətirlərin tərkibini demirəm. Axı parfumeriya ilə dərindən maraqlanmayan insan səndəl notları ilə palıd notlarını necə fərqləndirsin.

Ətir seçərkən yaşanan başqa bir problem isə istəklərin sözlə təsviridir. Tez-tez müştərilər onlar üçün sərin ətirlər seçməyi xahiş edirlər. Sərinlik – müxtəlif ola bilər. Təsəvvür edin ətriyyat aləmində sitrus sərinliyi, çiçək sərinliyi, dəniz və aqvatik sərinliyi və s. anlayışlar vardır. Təbiətin özündə şaxta və buz sərinliyi, payız və yaz sərinliyi, yağışdan sonrakı sərinlik qoxusu mövcuddur. Eyni məsələ “şirin” anlayışına da aiddir. Bəzən müştəri şirin qoxulu ətir istəməsə də, sonda vanilli və ya kokoslu ətirləri bəyəndiyi ortaya çıxır. Çünki insanların beynində çox vaxt “meyvəli, çiçəkli ətirlər şirin olur” fikri həkk olunub. Əgər ətir seçimində konsultanta müraciət edirsinizsə, ona öz ətirlərinizin qısa tarixçəsini nəql edin. Hansı ətirlərdən istifadə sizə zövq verib? Hansı ətri almısınız amma hələ də trümonun alt rəflərində istifadəsiz qalıb? Təbiətdə hansı qoxular sizə xoş gəlir? Hansılar isə əksinə sizi qıcıqlandırır? Beləcə konsultant sizə istədiyinizi tapmaqda daha çox kömək edə biləcək.

Hazırda parfümeriya bazarında standart zövq formalaşdıran oxşar ətirlər çoxdur. Ətir zövqünü müxtəlif yeni ətirlərə müraciət etməklə, seçidiyiniz ətirlərin tərkibi və təsnifatı ilə tanış olmaqla inkişaf etdirmək olar. Belə olan halda sizin “öz” ətrinizi tapmaq prosesi sürətlənər və uğurla nəticələnər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri