Ətirlər kişilər haqqında nə deyir?

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 120
Səs ver:
(səs: 1)
Yəqin ki, hər bir qadın həyatlarında bir dəfə də olsa, sevgililərinə, həyat yoldaşlarına, ata və ya qardaşlarına ətir hədiyyə edib. Amma kişilər özləri üçün ətri heç də asanlıqla seçmirlər. Bu dəfə məhz kişinin sevdiyi ətrib onun haqqında nə dediyindən sizə bəhs edirik.

Özünəgüvənən
Əgər sizin həyatınızda olan kişinin istifadə etdiyi ətir ədviyyat vurğuludursa (mixək, istiot, darçın və s.) bu, onun güclü özünəgüvənən xarakterə malik olmasından xəbər verir. Əgər bu ətirdə həm də sitrus (naringi, qreypfrut, berqamot) varsa, deməli, sizin yanınızda cəsur və qorxmaz bir insan var.

Ehtiraslı
Əgər kişi ot-su qoxulu, ənbər və sidr bazalı ətir seçirsə, sizin sevgiliniz dəniz kimi sərhədsiz və ehtiraslı biridir. Təbii ki, bunun da üstün cəhətləri var. Belə ətirlərin ürək notunda rozmarin varsa, ətri istifadə edən kişi həmişə aktiv, bir yerdə oturmayan biridir.

Dominant
Ənbər notlu sərt, qalıcı və həssas ətirləri sevən kişilər isə, hər şeyi nəzarətdə saxlayan olurlar. Əgər sevgiliniz belə ətir istifadə edirsə, sevinməlisiniz. Bu cür ətirlərin tərkibində darçın, nanə və qızılgül də var, kişi bir az zərif və həssas olur. Çox sərt olmur. Belə kişidən heç bir qadın imtina etməz.

Ciddi
Sevgiliniz seçimini şərq notlarının hakim olduğu ətirdən yana edirsə, o özünün zövqlü eleqantlığını və cazibə tərzini ifadə edir. Bu cür ətri istifadə edən kişi tempramentli və güclü olur. Əsasən, belə ətirlərin tərkibində mixək, albalı olur. Sizin sevgiliniz özünə qarşı xoş təəssürat oyatmağı bacaranlardandır.

Ağıllı
İris, labdanum – yanan qarışıqdır. Bu notların vurğulandığı ətirlərin istifadəçisi olan kişilər yüksək intellekt sahibi olurlar. Və sizin də sevgiliniz belə ətir istifadəçəsidirsə, o ətrafdakıların diqqətini həmişə öz intellekti, söhbətlərilə çəkir. O, sizin qəhrəmanınızdır. Siz də onunla fəxr edə bilərsiniz.

Romantik
Əgər ətrin kompozisiyasında bənövşə, muskat qozu, ladan varsa, deməli, sevgiliniz romantik təbiətə malikdir. O, sizin həyatınızı necə parlaq, maraqlı, şən etməyi bilir.

Həyatsevər
Naringi, bambuk və ağ müşkün eleqant, təzə, melodik notlarından hazırlanmış ətir istifadə edirsə sevgiliniz, deməli, o, həyatdolu, həyatsevər biridir. Belə kişi həmişə diqqət mərkəzində olur.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 120
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri