Yaşınıza uyğun ətir seçimi

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 3 713
Səs ver:
(səs: 1)
Ətriyyatda qoxuların fərqli xarakteristikaları olur: yüngül və ağır, gecə və gündüz. Və bir vacib kriteriya da var ki, ona mütləq əməl etmək lazımdır. Bu yaşa görə ətir seçimidir. Bir ətir sizi 10 yaş böyük, digər ətir isə sizi tamamilə gənc göstərə bilər. Buna görə də, ətir seçərkən yaş həddinizi də nəzərə almaq vacibdir. Biz sizə bu işdə kömək edərək, yeni bloq yazımızı bu mövzuya həsr edirik.

25 yaşa qədər
Qızlar üçün bu kateqoriya üzrə ətir seçərkən ilk nəzər yetirməli olunan nöqtə qarşı cinsin diqqətini çəkməyə yönəlməlidir. Bu yaşda daha çox eksperimentlər etmək, klassik qoxuları yoxlamaq lazımdır. Və qoxuları yoxlamaq üçün əsas dövr məhz bu yaş dövrüdür. Gənc qızlar üçün bu yaşda ətirlərin məhz zəirf, çiçək notlu olması vacib deyil. Əgər siz aktiv həyat keçirdən, tez-tez dostlarla görüşüb, əyləncələrə gedən birisinizsə, o zaman parlaq meyvə-çiçək notlu, sitrus qoxusu əlavəli ətirlər seçməyiniz məsləhətlidir. Bu yaşda sizin kolleksiyanızda çəyrayı qarağat, naringi çiçəyi, pion, inciçəyi notlu ətirlər ola bilər. Güclü qızlar üçün isə bu yaşda uniseks ətirlər uyğundur.

25 yaşdan 30 yaşa qədər
Bu yaşda qızların çoxu özünü daha inamlı hiss edir, daha çox sosial həyatı geniş olan və karyera arxasında qaçan olurlar. Və bu cür qızların seçdikləri ətirlər onların xarakterini tamamlamalı, qadınsal və eleqant obrazı vurğulamalıdır. Maddi və emosional aspektdən seçim edəndə daha rahat və təkrarolunmaz ətir seçməlisiniz. Seçdiyiniz ətir çiçək-ot qoxulu, selektiv ətir olmalıdır. Bu yaşdakı qızlar üçün əncir, berqamot, müşk, ağ freziya, yaşıl çay notlu ətirlər daha əla seçimdir.

35 yaşdan 45 yaşa qədər
Bu yaş kateqoriyasında qadınların zərifliyi artır. Onlar öz arzularını və istəklərini daha asanlıqla müəyyən edə bilirlər. Ətirlərini isə öz tərzlərini tamamlayacaq aspektdə seçirlər. Onlar üçün optimal ətir seçimi təbii amma hissiyyatlı ətir olmalıdır. Məsələn, 35-45 yaş arası qadınlar mimoza, qərənfil, tuberoza, iris, müşk və ağ bal vurğulu ətirlə üstünlük verirlər. Bu ətirlərin qoxu harmoniyası klassik və yüngül strukturaya malik olur.

45 yaşdan yuxarı
Bu yaşda zərif cinsin nümayəndələrinin zövqü daha da artıq və yüksək intellektə malik olurlar. Onlar öz sahələrində peşəkar olurlar, çox səyahət edir və dəb yeniliklərini gözəl ayırd edə bilirlər. 45 yaşdan yuxarı xanımlar eleqantlığı əks etdirən qızılgül, paçuli, səndəl ağacı vurğulu ətirlərdən yana seçim edirlər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 713
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri