Parfüm allergiyası nədir və parfüm allergiyası olanlar nə istifadə edə bilərlər?

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 841
Səs ver:
(səs: 0)
Ətirlər və qoxular gündəlik həyatımızın ayrılmaz hissəsidir. Və demək olar ki, onlar həyatımızın rutininə çevrilib. Parfüm və qoxuların bütün həyatımıza bu qədər nüfuz etdiyi bir vaxtda bir çoxlarımız üçün parfüm allergiyasının qaçınılmaz olduğu həyatı çətinləşdirir. Bu bloq yazımızda əksəriyyət üçün problemə çevrilən parfüm allergiyasından yazırıq.

Parfümlər öskürük, baş ağrısı, asqırmaq, burun axma, burun tutulması və göz qaşınması kimi allergik simptomları hərəkətə gətirə bilir. Parfüm allergiyası, əslində, düzgün izah olunmamış ifadədir. Allergik reaksiyalar, adətən, qida, toz, kif, heyvanlar kimi orqanik maddələr tərəfindən hərəkətə keçirilir. İmmunitet bu cür maddələrlə reaksiyaya girdikdə bol miqdarda İgE antikorunu qana salır. Nəticədə isə bu antikor sayəsində həzm, tənəffüs və dəridə yerləşən hüceyrələrdə partlamalar olur. Bu partlamalardan sonra orqanizmdə allergik maddələr arasında “döyüş” başlayır.

Parfümlərdə çox vaxt orqanik maddələr deyil, adətən, sintetik kimyəvi maddələr olur. Buna görə də, parfümlərə allergen deyil, qıcıqlandırıcı maddələr demək daha düzgündür. Plastik və boyalara qarışan bəzi kimyəvi maddələr isə allergik reaksiyaya səbəb ola bilər.

Parfüm allergiyası simptomlarını yox etmək üçün qoxulara məruz qalma nisbətinizi azaldın

Parfüm və ətirləndirilmiş qulluq vasitələrinizi azaldın və ya qoxusuz, tərkibində allergen maddə olmayan məhsullara üstünlük verin. Daha çox aptek məhsullarını seçə bilərsiniz.
Bütün yuyucu vasitələrinizi ətirsiz və qoxusuz məhsullarla əvəzləyin.
Parfümlü təmizləmə məhsulu istifadə etməkdən uzaq durun.
Evinizdə otaq spreyi və buna bənzər digər məhsular istifadə etməyin.
İş yerinizdə iş yoldaşlarınızdan parfüm və otaq spreylərindən istifadəni mümkün qədər azaltmalarını xahiş edə bilərsiniz. Parfümlərə qarşı allergik reaksiyanızın olması barədə ətrafdakılara xəbərdarlıq etməyiniz mütləqdir.

Avropada məhz bu yöndə araşdırmalar aparılıb və allergik reaksiayya səbəb olacaq 26 növ ətir maddəsi aşkarlanıb. Bu maddələri “günahkar parfüm”lər adlandırırlar:
Amyl – cinnamic alchol
Anisyl alcohol
Benzyl salicylate
Benzyl alcohol
Benzyl benzoate
Benzyl cinnamate
Cinnamic alcohol
Cinnamic aldehyde
Citral
Citronellol
Coumartin
Eugenol
Farnesol
Geraniol
Hydroxycitronellal
İsoeugenol
Lilial
Limonene
Linalool
Methylheptin carbonate
Oak moss abs
Tree moss abs
a-Amyl-cinnamic aldehyde
a-Hexyl-cinnamic aldehyde
y-Methylionon

Allergik reaksiyanız varsa ətir alərkən ətrinizin tərkibini diqqətlə oxuyun və əmin olun ki, məhz bu allergik ətir maddələri onun tərkibində yoxdur.

İkinci bir məsələ allergik reaksiyalardan azad olmağınız üçün mütləq analiz verin və allergiyanızın hansı maddəyə qarşı olduğunu bilin. Məhz bundan sonra parfüm allergiyası ilə mübarizə aparmağınız rahatlaşacaq.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 841
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri