Güclü cins üçün ətir seçimi

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 445
Səs ver:
(səs: 0)
Kişilərin zövqünü oxşamaq bir çətin məsələdir. Xüsusilə də, ətir mövzusunda. Əgər sevdiyiniz kişiyə ətir hədiyyə edəcəksinizsə çalışın o ətir tək sizin yox, həm də onun qoxu reseptorlarını fəth etsin. Bunun üçün sizə bəzi məsləhətlərimiz var.

Niyə bu?
Orta statistikaya əsasən, kişilərin çoxu sadəlikdən yanadırlar. Onlar ətir dükanındakı məsləhətçiyə rəflərdəki ən yeni, zövqlü və reallığa uyğun ətri onlara məsləhət görməyini təklif edir. Və hansı ətir məsləhət görülürsə onu alıb, çıxırlar. Buna görə də, siz də əks cinsə ətir seçdikdə bu xüsusiyyəti nəzərə alın. Orta statistikaya aid olan kişilər üçün “niyə bu?” sualı elə də maraqlı olmur.

Keçmişi xatırlayın – Özünüzün yox, onun keçmişini
Bəzi ətir notları var ki, hətta kişilər də bizim kimi, keçmişlərini xatırlayır, nostalji hislər yaşaya bilirlər. Əgər siz bilsəniz ki, o keçmişində ən çox yaddaşına nə həkk olunub və nə üçün darıxır, siz ona həmin şeyi hədiyyə edərək, ona bir neçə dəqiqəlik də olsa xoş anlar bəxş edə bilərsiniz. Keçmişi xatırladan, daha çox 80-90-ların ətirləri internet mağazalardan və yenilənmiş versiyalarını tapmaq olar.

İşinizi asanlaşdırın
Kişi ətirləri daha çox konservativdir və qadın ətirləri kimi, çoxçeşidli deyil, buna görə də, onlar bir neçə qrupa ayrılır. Siz də, sevdiyiniz kişiyə ətir seçərkən onun hansı qrupdan olan ətirdən istifadə etdiyini xatırlayın və ona test etmədiyi yeni bir şey alın. Məhz bu ətir qrupları sizə ona ətir seçməkdə kömək edəcək:

Sitrus ətirləri: limondan qreypfruta qədər bütün sitrus notlarını aid etmək olar. Bu cür notlu ətirlər həmişə dəbdədir!

Su və ozon notlu ətirlər: dəniz, fırtına, təzə qarpız. Hamısı birlikdə unikal qoxu əmələ gətirir.

Ağac notlu, odunsu ətirlər: bu cür notlarda olan ətirləri istifadə etmək asandır, adətən, ağac notlu ətirlərə ədviyyat və Şərq aroması əlavə edildikdə daha da zövqoxşayan olur.

Şərq notlu ətirlər: təxminən qadın ətirlərini xatırladır – bir az tünd və şirin amma daha kobud dildə desək, bu cür kişi ətirləri sanki hansısa sultanın hərəmxanasını xatırladır.

Şipr qoxular: 70-80-ci illərə aparan ətirlərdir, sanki atasının qoxusu ilə oxşarlıq təşkil edir.

Dəri notlu ətirlər: ayaqqabı, tüstü qoxusu verir. Orijinal ətirlər hesab edilir.

Xarakter və vərdişlərinə bələd ol!
Ətir seçərkən onun xarakterini bilmək vacibdir. Əgər kişi daxilən rahatlığa düşkün biri deyilsə, həmişə mübahisə etməyi sevirsə, bütün doğrulara qarşıdırsa, onun hislərinə reklamı olmayan, məşhur, niş markalardan ətirlər yaxşı təsir edə bilər. Yox, əgər, ətir hədiyyə edəcəyiniz kişi müasir olmasına baxmayaraq daxilində kobud, nisbətən köhnə fikirlidirsə, ona Dior Homme ya da ki, Chanel Allure kimi ətirləri hədiyyə etmək daha yaxşı seçim olar. Homofob olan bəylərə isə ətir alarkən diqqətli olmaq lazımdır, belə ki, onlara uniseks ətirlər hədiyyə etmək düzgün olmaz. Əvəzində isə, onlara daha çox kişi, brutal, çiçək notları, zərifliyi olmayan ətirlər alın.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 445
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
kisi etirleri qadin etirinden daha qalici olur
25 iyul 2018 23:52
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Cema_Axodova
Niwanli vaxti yoldawima etir almiwdim.sen deme onu ancaq menimle goruwe gelende vururmuwki incimeyim)))))tesadufen agzindan qacirdi.ondan sora ozumu ele soymuwemki hec zaman ona etir almiram.bawqa wey ola biler.etir yox.cunki etirde her kesin zovqu eyni deyil.
25 iyul 2018 23:07
3
p.s
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
25 iyul 2018 22:44
2
İt yatıb at kölgəsində,elə bilir öz kölgəsidirwink
Offline
YalniZ-ArZu
Kishi etirlerini severim ancaq istifade etmirem deyecekler bundan niye kisi iysi gelir 122 Ancaq bir cox kisi etirleri mehz coooox shirin sert etirlerine gore hec xoshlamiram. Kocishime bir iki defe eqoist etri almisham demishem bu duxunun iyi tam sene gorehh Indi tay qoymur almaga)))Ozunun etir zovqu meni qane edir. Son etri ANtonio Banderas cox qesheng etirdir.
Bahali ya ucuz etir almaqla bitmir hele ish. etri istifade etmeyi bacarmaq lazimdir. yayda qish qihsda yay etirleri vurmamaq, etri terli kirli bedene iyi ort basdir etmekden otru vuranda o adamin yanindan kecen kimi cox itivi bir iy gelir. ozu bunu derk etmir yeqin.esasda bu kisilerde olur deye bele yaziram qadinlarda elede rast gelmirem. umumiyyetle menim bir qeribe xasiyyetim var, yanimdan kiwi xeylagi kecir men nefesimi tuturam ki birden ondan pis iy geler. gulmeli seslenir bilirem ancaq men iylerden iyrenirem sepirem deye bele edirem((
25 iyul 2018 19:46
1
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri