Cəzbediciliyini vurğulamağı sevən gənc kişilər üçün ətir seçimi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 256
Səs ver:
(səs: 0)
Çox kişilər ətir seçimində diqqətcil, çoxları isə sadəcə gözəl qoxu gəlməyinin tərəfdarıdırlar. Birinci kateqoriya kişilər təkcə gözəl qoxunun yox, həm də ətrin tamamilə onu tamamlamasını, xarakterini vurğulamasını və ən əsası cəzbediciliyini əks etdirməsini istəyirlər. Doğurdanmı ətir bir kişinin cəzbediciliyini vurğulamağa qadirdir? Yoxsa bu sadəcə psixoloji bir nüansdır?

Bu dəfəki yazımızda öz cəzbediciliyini vurğulamağı sevən gənc kişilərin ətir seçimindən, adi ağ köynək və ya yumşaq, rahat sviterlə belə hansı universal ətirləri seçmək olar ki, diqqət önündə olasınız – bu haqda yazırıq.

Terre d’Hermes
Bu ətrin “bestseller”ə çevrilməyinin xüsusi bir səbəbi var. Gənc kişilər daha şirin və parlaq ətir istəyəndə bu ətir ən çox dada yetəndir. Ətirdə sitrus notlarlar ədviyyat və ağac notları mükəmməl tondem təşkil edir. Ətri ilk istifadə edəndə daha çox ədviyyat, istiot qoxusu hiss edilirsə, bu qoxu öz yerini yavaş-yavaş ağac qoxusu ilə əvəzləyir. Sitrus not isə ətrin freşliyini vurğulayır. Yaz-yay üçün nəzərdə tutulsa da, ətir soyuq havalar, xüsusilə də, şaxtalı havalarda daha çox hissedilən olur. Ətir öz sahibinə əminlik, aktivlik bəxş edir.

Bvlgari Aqva pour homme
Müxtəlif mövsüm və hadisələr üçün Bvlgari Aqva kişilərə daha çox tanış olan ətirdir. Ətir həddən artıq soyuqdur. Sidr və rozmarin ətrə daha çox nəm bəxş edir, şirin naringi və təzə qreypfrut isə nisbətən şirinlik, freşlik qatır. Ətir qalıcılığı və dəniz qoxulu şleyfilə bütün gənc kişilərin qəbini ovsunlaya bilir.

Lalique Encre Noir
Qeyri-adi, ağac qoxulu kompozisiyası ilə ətir ən yaxşı kütyur ətirlərdəndir. Encre Noir həddən artıq tünddür, amma az da olsa ətrə şirinlik qatan toxunuş hiss olunur. Xarizmatik, maraqlı gənc kişilərin sevimli ətridir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 256
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri