Ətirlər haqqında daha ətraflı

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 897
Səs ver:
(səs: 0)
Ətir Nədir?
Ətir, bir sıra maddələrdən istehsal edilərək gözəl qoxulardan ibarət birləşmədir. Xoş qoxuya malik olan bu məhsul, təbiətdə olan bitkilərdən və ya müxtəlif kimyəvi maddələrdən istehsal edilir. Tarixdə gözəl qoxulu bitkilər, dərman və bəzək kimi istifadə edilmişdir.

Daha sonra isə gözəllik adına istifadə edilməyə başlamışdır. Ətir insan bədəninə, xoş ətirlər vermək məqsədli istehsal edilir. Hər bir ətir məzmununa görə fərqlilik daşıyır. Ətirin növləri var. Bunlar, Parfum extract, Eau parfum, Eau de toilette, Eau de cologne.

Ətir Növləri Hansılardır?
Ətirlərin üzərində yer alan rəmz və terminlər, ətirin hansı növ olduğunu ifadə edir. Ətir növləri üzərində olan faizlər isə, ətirin qalıcılığını ifadə edir. Bu nisbətlərə görə dominant və ya yüngül olub olmadığını anlayarsınız. Qoxunun daimiliyi, qiymətini də müəyyən edir. Yüksək nisbətdə tərkibi olan ətirlər, daha yüksək qiymətdə satılır. Qoxusu daha tez uçan yüngül ətirlər isə daha uyğun qiymətlidir.

Parfum extract: 20% - 40 ətir

Eau de parfum (Edp): 10% - 30 ətir. Bu ətir növü digər ətirlərə görə daha dominant və daha uzunmüddətli qoxulara malikdir. Qalıcı olmaları, yüksək qiymətlərlə satılması təmin edir.

Eau de toilette (Edt): 5% - 20 ətir. Bu ətir növü isə yüngül qoxulara malikdir. Digər növlərə nisbətən daha az davamlıdır. Qiymətləri daha uyğun ətirdir.

Eau cologne (Edc): 2% - 5 ətir. Qalıcılığı çox qısa olan ətir növüdür. Bu ətir növünə çox üstünlük verilmir.

Ətir İstifadə Edən Mədəniyyətlər
Tarixdə ilk ətir istifadə bəzi mədəniyyətlər tərəfindən olub amma bu vəziyyət gözəl qoxu vermək məqsədli deyil. Dini inanc və fərqli yaşayışlar məqsədli istehsal olunmuş və istifadə edilmişdir. Tarixdə ətir istifadə edən mədəniyyətlər;

Misirlilər
Hindlilər
Çinlilər
İsrail oğulları
Ərəblər
Yunanıstanlılar
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri