Ətrinizi tərzinizə görə seçin

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 410
Paylaş:
Səs ver:
(səs: 0)
Ətir insanın tərzinə bir toxunuşdur, görünüşü vurğulayan, insanın xarakterini tamamlayan, görünməyən bir detal. Ətir yoxdursa həmişə nəsə əksikdir.” deyib, məhşur italiyan dizayner Gianni Versace.

Hər gün qarşımıza çıxan yeni ətirlərlə birlikdə seçimlər də artır və təbii ki, bu qədər çox çeşid arasından seçim etmək də çətinləşir. Hələ üstəlik sizin tərzinizə uyğun parfumun hansı olduğunu bilmirsinizsə, bu iş çox daha çətindir. Geyiminizə, makyajınıza, tərzinizə uyğun seçim etmək, seçdiyiniz ətrin sizinlə bütünləşməsi üçün, önəmlidir. Çünki ətir insanın tərzinin imzasıdır.

Təriznizə uğun ətri seçə bilməyiniz üçün sizə bir neçə ipucları təqdim edirik:

Zərif və elegant

Ətrinizi tərzinizə görə seçin

Əgər zərif detalları geyimləri sevirsinizsə, istifadə etdiyiniz aksessuarlar həssas və zərifdirsə, tozlu, kremli ətirlər sizin üçün əlverişlidir. Zanbaq, gül, yasəmən və pion çiçəkləri olan ətirləri seçə bilərsiniz. Esteé Lauder Modern Muse, Valentino Valentina, Christian Dior Miss Dior Absolutely Blooming.

Diqqət çəkici

Ətrinizi tərzinizə görə seçin

Əgər kürk geyinməyi, diqqət cəlb edən aksesuar taxmağı və ya taxma dırnaqları sevirsinizsə, sizin üçün daha cəlbedici qoxular uyğundur. Patchouli, vanil və kəhrəba kimi notları olan, ekzotik və ədviyyatlı ətirlər sizin üçün əla seçimdir. Victor & Rolf Flowerbomb, Givency Dahlia Divin, Christian Dior Addict, Christian Dior Hypnotic Poison, Narciso Rodriguez Narciso for Her, Gucci Guilty.

Modern

Ətrinizi tərzinizə görə seçin

Əgər çox rəngli geyinməyən və sadə birisinizsə, ətirləriniz də buna uyğun olmalıdır. Çox dominant olmayan, yüngül və təmiz qoxulu ətirlər sizin üçün uyğundur. Burberry My Burberry, Giorgio Armani Si, Narciso Rodriguez Narciso, Calvin Klein Euphoria.

Yenilikçi

Ətrinizi tərzinizə görə seçin

Əgər modanı yaxından təqib edən və fərqli tərzdə paltarlar geyinməyi sevən birisinizsə, ətrafınızda geyindiyiniz geyimlərlə seçilirsinizsə, ətirlərinizin notları da bu uyğun olmalıdır.Kaşmir, dəri, tütsü, iris tərkibli notlar sizə uyğunlaşacaq. Tom Ford Velvet Orchid, Chanel Coco Noir, Marc Jacobs Oh Lola.

Azad ruhlu

Ətrinizi tərzinizə görə seçin

Əgər hər hansı bir qəlibə uyğunlaşmağı sevmirsinizsə, rahatlığınız sizin üçün hər şeydən daha vacibdirsə, paltar və aksesuarlarınızda, funksionallıq və rahatlıq ön sıradadırsa, meyvə və çiçək, dəniz notları olan ətirlər sizin üçün əlverişlidir. Moruq, su sümbülləri, bambuk, kivi notları olan ətirləri seçə bilərsiniz. See By Chloe, Marc Jacobs Dot, Davidoff Cool Water, DKNY Be Delicous.

loading...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 410
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
_NigaR_
Calvin Kleun Euphoria

Son zamanlara bu terz etirler istifade edirem..
31 yanvar 2019 09:21
7
Imperfection is beauty, madness is genius and it’s better to be absolutely ridiculous than absolutely boring.
Offline
ROMA
Chanel Armani Calvin Klein Euphoria bu etirlerden istifade etmisem amma eyni etirde qalmaqi sevmirem bir muddet vurandan sonra urek bulantisi verir onun ucun tez tez deyisiklik edirem 09
31 yanvar 2019 07:44
6
Offline
vipbetul
madern geyim stilni xosluyuram
30 yanvar 2019 10:29
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Online
Ahu
Azad ruhlu . Mene daha yaxindi.
Ayrica diqqet cekmeyi de sevirem.
29 yanvar 2019 23:59
4
сени о гедер хеял етдимки, артыг бир хеялсан...
Offline
LuNa
Burda yazılan etirlerin hec biri menim vkusuma göre deyil hele Sİ hec sevmirem o etiri qoxusu cox sert ve ağırdı Sİ etirini qışda vurmaq olar oda baxır hava 15,20 % moroz olsa eger oda bizim ölkede yoxdu . Sİ etiri hec bizim ölkeye aid bir etir deyil Adı sayılan etirlerden bir tek Miss Dior bununda cicek qoxulusunu isdifade edirem ( cehrayı renkde olan) yaz yay aylarında Bele de her fesile bir etirim var qış, yaz, yay, payız cox etir sevmirem Teşekkür
29 yanvar 2019 19:38
3
Offline
BARBI
Yerine gore etir secenlerdenem.Daha cox cicek etirleri sevirem
29 yanvar 2019 18:30
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Love Angel
Modern - Burberry My Burberry,Giorgio Armani Si,Narciso Rodriguez Narciso,Calvin Kleun Euphoria.
29 yanvar 2019 17:38
1
Bəzi insanları tanımamaq, bəzilərini isə əvvəlcədən tanımaq istərdim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri