Üç toy. Üç şahzadə. Onların şərəfinə hazırlanmış 3 ətir.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 814
Səs ver:
(səs: 0)
Ətir tarixində maraqlı və yadda qalan hadisələr çox olur. Bu yazımızda sizə dövrümüzün üç şahzadəsi, onların şərəfinə hazırlanmış ətirlərdən yazırıq.

Qreys

Üç toy. Üç şahzadə. Onların şərəfinə hazırlanmış 3 ətir.

“Swan” (Qu quşu) filmindəki rolu ilə məşhur olan Qreys Kelli elə həmin filmdən sonra şahzadə oldu. O, Monako knyazı Rene III ilə evləndikdən sonra kraliyyat sarayındakı həyatı başladı, aktrisalıq karyerası isə sona çatdı. Çünki knyaza ərə gəldikdən sonra Rene ona kinolara çəkilməyi qadağan etdi.

O, toyunda ən bahalı dizayner işi olan gəlinlik geyindi. 25 metr ipək taftadan və 125 yaşı olan Belçika krujevasından hazırlanmışdı gəlinliyi. Toy günü istifadə etdiyi ətir isə çox diqqətçəkən və məxsusi olaraq onun üçün hazırlanmışdı.



Ətriyyatçı Creed məhz Qreysin toy günü üçün ərinin ona hədiyyə etdiyi “Fleurissimo” ətrini hazırlamışdı. Bu çox sadə ətir piramidasına (notlar-tuberoza, iris, qızılgül və bənövşə) malik şəffaf-soyuq aristokrat ətir dövrünün ikonik ətri idi.

Diana



Şahzədə Diana və şahzadə Çarlzın toyu 20-ci əsrin ən gözəl və nağıl kimi toyu adlandırılır.

Gənc Diana Spenser öz üsyankar xarakterilə İngiltərə kraliyyət ailəsinin ilk gəlini olmuşdu. O, toyunda geyindiyi gəlinliyilə Disney mutfilmlərindəki şahzadələri xatırladırdı. Paltarı Elizabet və Devid Emanuel Diananın şərəfinə ipək taftadan, antik krujeva və əl işi vışivkalardan, mirvarilərdən hazırlamışdılar. Eyni zamanda bu gəlinliyin fors-major hal üçün iki ədəd eynisi də hazırlanmışdı.



Hazırda bənzər gəlinlik Madam Tussauds muzeyində, orijinal isə Diananın qardaşı Çarlz Spenserin nəzarəti altında Spenserlər ailəsinin malikanəsində saxlanılır.

Sözsüz ki, həmin gün Diananın istifadə edəcəyi ətir də orijinal və qeyri-adi olmalı idi. Onun toyu üçün şərəfinə məşhur Fransa ətir evi Houbigant “Quelques Fleurs l’Original” ətrini hazırladı.



Mürəkkəb və 30 notdan ibarət ətrin əsas notlarını ənənəvi toy kompazisiyası – jasmin, qızılgül, inciçiçəyi və yasəmən təşkil edirdi.

Qeyd edək ki, toy günündə həyəcandan Diana ətri istifadə edə bilməyərək, gəlinliyinə dağıtmışdı.

Keyt



Diananın böyük oğlu, Uels şahzadəsi Uilliamın Keyt Middltonla toyu 21-ci əsrin ən gözəl nikah mərasimi kimi tarixə düşüb. Toydan sonra Keyt Ketrin adını və Cambridge hersoqavinası titulunu alır.



Keyt toy günü Alexander McQueenin kreativ direktorunun hazırladığı klassik siluetli və incə şleyfli gəlinlik geyinmişdi. Başına isə İngiltərə kraliyyət ailəsinin cəvahirət mülkünə aid olan, 1936-cı ildə II Elizabettanın taxdığı brilliant tac qoymuşdu. Gəlin çələngi olaraq da inciçiçəyi buketi götürmüşdü.



Keyt toyunda daha bir klassikadan istifadə etdi. O, ətir seçimində klassik ingilis brendi Illuminum-dan “White Gardenia Petals”a üstünlük verdi. Çox zərif kampazisiyanı ağ qardeniya, inciçiçəyi və jasmin tamamlayırdı. Ətir sanki ağ çiçəklərdən hazırlanmış buket idi.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 814
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri