Əfqanıstana şöhrət gətirən ətir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 656
Səs ver:
(səs: 1)
Əfqanıstanın dünyadakı neqativ şöhrəti (həşiş ticarətində mərkəzdə dayanır) insanlarda təbii ki, şübhələr, pis fikirlər formalaşdırır. London, Milan, Paris ya da ki, Nyu-Yorkdan baxanda Əfqanıstan radikal, terroristlərin və narkotik qaçaqmalçılarının çoxluq təşkil etdiyi ölkə kimi görünür. Amma bu ölkənin kasıb coğrafiyasını gözardı etmək olmaz. Mütləq ki, kimsə bu ölkə üçün nəsə edəcək və onun adını daha yaxşı yerlərdə səsləndirəcək. Ki, bunu bugün bloq yazımısı həsr etdiyimiz Black Afgano ətrinin niş markası Nasomatto etdi.

Black Afgano yarandığı ilk gündən xeyli mübahisələr yaratdı. Hətta ətir satışı üzrə bestseller də olmağı bacardı. Ətir satışa çıxdığı ilk gündən parfumeriya dükanlarında növbələr o qədər olurdu ki, ətri ala bilməyənlər gözləmə siyahısına adlarını yazdırıb, növbəti gəlişi gözləyirdilər. Ətrin bu qədər səs-küyə, marağa səbəb olmasına onun rəsmi təqdim etmə prosesi idi. Belə ki, Nasomatto-nun öz saytında ətri narkotik olaraq istifadə edilən və xoşbəxtlik bəxş edən bitki kimi tanına xaşxaş ilə əlaqənləndiriblər. Adının da Əfqanıstana uyğun vurğulanması da heç şübhəsiz ki, ətirsevərlərdə məhz bu ətri almağa cəlb etmək idi məqsəd.

Məhz adının provaktiv olması ətrin dillərə dastan olmasına səbəb olub. Düzgün seçilmiş ad bir brendi yüksək səviyyədə tanıtmağa yetərli olub.

Əfqanıstana şöhrət gətirən ətir

Black Afgano unisex ətir olub, 2009-cü ildə brendin sahibi, ətriyyatçı Alessandro Gualtieri tərəfindən hazırlanıb. Black Afgano ətri təsnifatında odun notlu ətirlər qrupunda yerləşdirilib. Ətrin əsas notu olan ud ağacı özünü kəskin formada hiss etdirir. Az-az özünü göstərən qəhvə notu da ətrə xüsusi ab-hava qatır. Üst və orta notlarda şirinlik müəyyən formada özünü göstərsə də, ətrin davamında sizi tütün, büxur və qətran qoxuları izləyir. Tünd, ağac notlu ətirləri sevənlər üçün təbii ki, Black Afgano-nun bu qoxu piramidası uğurludur. Çünki məhz alt notlardakı bu dumanlı, tütünlü qoxular ətrin adının və ümumi konseptinin haqqını verir. Ətir dəridə başqa, ətrafa isə başqa qoxu verir. Olduqca qalıcı qoxuya və güclü şleyfə malikdir.

Gələk ətrin flakonuna. Nasomatto ətirlərinin ən fərqli tərəflərindən biri flakonlarıdır. Ətirlər yalnız 30 ml şüşələrdə təqdim edilir. Daha vacibi isə ətirlər Extrait de Parfum konsantrasiyasında olmasıdır. Yəni, EDP-dən daha ağır tərkibə malikdir. Ətrin şüşəsi sadə, qapağı isə ağac hissədən ibarətdir. Ətir 25 və ondan çox yaşlı insanlar üçün uyğundur. Unisex olmasına baxmayaraq, Black Afgano kişilərin sevimlisidir. Yağışlı və tutqun havaların ətridir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 656
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri