Ətir qoxusunun qalıcı olması üçün bədənin bu nahiyələrini seçin

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 765
Səs ver:
(səs: 0)
Əksər insanlar ətrini boyun və biləklərinə vurur. Bunun səbəbi həmin nahiyyələrin nəbz nöqtələri hesab olunmasıdır. Nəbz nöqtələrindən çıxan vücud istiliyi, qoxunu daha da tündləşdirir.

Bəs insan vücudunda ətir qoxusunu daha qalıcı edən digər nahiyyələrin mövcudluğundan xəbərdarsınız?
Bəzi kiçik məqamlara diqqət göstərərək istifadə etdiyiniz ətrin qalıcılığını artıra bilərsiniz. Xarici mütəxəssislərə görə, göbək deşiyi qoxu üçün ən yaxşı nahiyyələrdən biridir. Adriana Lima, Liv Tyler kimi məşhurlar hər zaman baxımlı olmaqlarının sirrini açıqlayan zaman bu məqamı qeyd etmişdilər.

Həmçinin ətrinizi dirsəklərə və dizlərinizin arxasına çəkərək daha da qalıcı hala gətirə bilərsiniz.

Ətir qoxusunu daha da qalıcı hala gətirmək üçün ətrinizi bir fırçaya vuraraq saçlarınızın arasından keçirin.

Ən əsas məqamlardan biri isə ətrinizi biləyinizə vurduqdan sonra ovxalamayın. Ətrin öz-özündən qurumasına icazə verməlisiniz. Ovxalandığı zaman qoxu dərhal dağılır və qalıcılığı zəifləyir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 765
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri