1,3 milyon dollarlıq ətir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 284
Səs ver:
(səs: 1)
Dubayda kişilər və qadınlar üçün dünyada ən bahalı ətriyyat məhsulu təqdim edilib. Onun qiyməti 4,7 milyon dirhəmdir (1,3 milyon dollar).

Qadinla.com bildirir ki, "Nabeel Perfumes" şirkətlər qrupunun məşhur ətriyyat brendlərindən biri - "Spiritof Dubai Parfums" dünyada ən bahalı ətri - "Shumukh"ini təqdim edib. Unikal məhsulu yalnız "Dubai Mall" ticarət mərkəzindəki "Fashion Avenue"də "ART+" ekspozisiyası çərçivəsində görmək olar.

1,3 milyon dollarlıq ətir

Şirkətin məlumatında deyilir ki, dəbdəbə və nəfislik timsalı olan "Shumukh" zərgərlik və ətriyyat sənəti nümunəsidir. Ətir qabı ümumi çəkisi 38,55 karat olan 3,5 min brilyantla, habelə topaz və mirvari ilə bəzədilib. Flakonun tərkibi 2 479,2 qram xalis qızıldan və 5 892,88 qram xalis gümüşdən ibarətdir.

"Shumukh" ətrinin yaradılmasına üç ildən çox vaxt sərf olunub. Ətir Yer kürəsinin ən ucqar guşələrindən olan ən yaxşı təbii inqrediyentlərdən yaradılıb. Burada kəhrəba, Səndəl ağacı, Türkiyə qızılgülü, ilanq-ilanq, büxür notları duyulur.

Ətirin konsepti "Nabeel Perfumes" şirkətlər qrupunun sədri və baş ətriyyatçısı Asqar Adəm Əliyə məxsusdur. Onun ideyalarını İsveçrə, İtaliya və Fransadan olan tanınmış ustalar həyata keçiriblər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri