Öz ətrimizi özümüz hazırlayaq

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 302
Səs ver:
(səs: 0)
Özümüzü yaxşı hiss etməmiz üçün ən təsirli kosmetik vasitə biri də parfümlardır. Aparılan bir araşdırmada sevilən bir parfumun əhvalı dərhal yüksəltdiyi sübut olunmuşdur. Bəs təbii bir vasitələrdən hazırlanan bir parfum necə qoxardı, bu haqda heç düşündünüzmü? Əgər bunu bilmək istəyirsinizsə, Qadinla.com bu məqalədə sizə ev şəraitində asan üsulla özünüzə özəl bir parfumun hazırlanma qaydasını təqdim edir.

Meyvə ətirli parfum

Lazım olanlar:

5 damcı portağal suyu
9 damcı limon suyu
4 damcı naringi suyu
11 damcı günlük uçucu yağ (Frankincense)
3 damcı portağal çiçəyi ekstraktı
11 damcı jojoba yağı
Tünd rəngli süşə qab

Hazırlanması:
Şüşəyə ilk öncə jojoba yağını əlavə edin.

Digər ləvazimatları da tək tək şüşənin içinə əlavə edin.

Şüşə materialdan bir qaşıqla qarışdırın.

Əgər belə bir qaşıq yoxdursa, şüşənin qapağını bağlayıb yaxşıca çalxalayın.

Parfumunuz istifadəyə hazırdır.

İstifadədən öncə çalxalamağı unutmayın.

Bu qarışımda ləvazimatlar bir az çox olduğundan, daha az vəsaitli parfum qarışımları da paylaşmaq istədim.

1- 10 damcı gül suyu
10 damcı yasəmən yağı
10 ml jojoba yağı

2- 10 damcı Ylang-Ylang
9 damcı lavanda yağı
10 ml jojoba yağı

3- 29 damcı vanil yağı
10 damcı sandal ağacı yağı
11 ml jojoba yağı
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 302
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri