Ətirlər, kosmetik vasitələr sonsuzluq yaradır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 775
Səs ver:
(səs: 0)
Ən çox ətirlərin, kosmetik, təmizlik vasitələrinin, plastmas qabların, oyuncaqların hazırlanmasında istifadə olunan ftalatların sonsuzluğa səbəb olduğu iddia olunur.

Qadinla.com
bildirir ki, bu kimyəvi maddədən dünyada ötən əsrin ortalarından da əvvəl istifadə olunmağa başlansa da, yalnız son illər onun insan sağlamlığına mənfi təsirləri barədə fikirlər səslənir. Artıq ftalatlar tibdə endokrin sistemi pozan maddə olaraq qəbul edilir.

Mütəxəssislər iddia edir ki, ftalat daha çox endokrin sistemə təsir edir, hormonal fonu pozaraq sonsuzluğun artmasına, ana olmağa mane olur. Eyni zamanda kişilərdə də sonsuzluq problemi yarada bilir.

Amerikanın Massaçut Universitetinin alimlərinin apardıqları araşdırmalara görə, ftalat kişilərdə ata olmaq şansını azaldır. Belə ki, süni mayalanmaya cəlb olunan 50 nəfərin sperma və yumurtalarında, eləcə də sidiklərində bu maddələrin olduğu təsbit olunub. Toplanan yumurta və spermaların keyfiyyətinin aşağı olduğu məlum olub.

Qeyd olunub ki, ftalatlar bədəndə ən çox en hormonuna təsir edir, çoxalma qabiliyyətinin azalmasına, kişilərdə hətta döşlərin böyüməsinə, qadına bənzəməsinə gətirib çıxarır.

Bundan başqa, bu kimyəvi maddələr diqqətsizlik, astma və xərçəngə də səbəb ola bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 775
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri