Sehr, yoxsa çiçək ətri?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 166
Səs ver:
(səs: 0)
Qoxu qədim zamanlardan insanların həyatında mühüm rol oynamışdır. Qədim zamanlardan insanlar qoxulardan əhval-ruhiyyəni yüksəltmək üçün istifadə etmişlər. Yüz illərin təcrübələrinə əsaslanaraq insanlar müxtəlif bitkilərdən müalicə vasitəsi kimi istifadə etmiş, ətirlər düzəltmişlər. Hətta bəzi əlyazmalarda bəzi qadınların ətirli bitkiləri torbaya yığıb, boyunlarından asdıqları barədə yazılara rast gəlmək olur. Qədimdə əttarlar belə hesab etmişlər ki, gözəl qoxularla nəfəs almaq ciyəri, əsəb sistemini, beyni təmizləyir və möhkəmləndirir. Müasir dünyada da ətir hazlrlamaq üzrə mütəxəssislər düzəltdikləri ətirlərin insan üzərində təsiri olduğunu qeyd edirlər. Onlar hər gülün, hər çiçəyin, hər qoxunun bir məna kəsb elədiyini anlayır və sirlərini araşdırırlar.

Qadinla.com bildirir ki, ətriyyatın vətəni qədim Misir sayılır. Qədimdə Misirlilərin məbədə getdikləri zaman ətriyyatdan istifadə etdiyi söylənilir. Misirlilər məbədə gedən zaman dualarının qəbul olması üçün ətirli çiçəklərlə, xoş maddələrlə ətirlənmişlər. Onlar bu yolla məbəddəkilərə xoş təsir bağışlamağa çalışmışlar.

Ətirlərin insana necə təsir etdiyinin şahidi olmaq istəyirsinizsə, bunlara əməl edin və nəticəsini görün:

- Xoş ətirli güllərdən balaca yastıq düzəldib başınızın altına qoyub yatdıqda, baş ağrısı və yorğunluq hissi azalır.

- Eyni miqdarda dəfnə yarpağı və ayıdöşəyindən hazırlanan yastıq sakit və rahat yuxuya səbəb olur.

- Eyni miqdar dəfnə yarpağı, ayıdöşəyi və mayaotundan hazırlanan yastıq əsəb sistemini sakitləşdirməklə bərabər yuxunu da dərinləşdirir.

- Dəfnə yarpağı iyləmək beyində olan zehni yorğunluğu aradan qaldırır.

- Evkaliptin ətri bədəni möhkəmləndirir, ağciyəri soyuqdəymədən qorumaqda kömək edir.

- İş zamanı nanə iyləmək yorğunluğu aradan qaldırır.

- Halsızlıq zamanı ayıdöşəyinin yarpağı və gülünü iyləmək faydalıdır.

- İbn Sina öz əsərlərində təzə çobanyastığı çiçəyi ətrinin yuxugətirici təsirə malik olduğunu yazmışdır.

- Kəklikotu ətrinin insana xoş əhval-ruhiyyə bəxş etdiyi söylənilir.

- Ürək fəaliyyətini yaxşılaşdırmaq üçün heyva iyləməkdə fayda var.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 166
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli yazidir
Dünən, 10:39
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Bezi qoxular var insani sakitlesdirir zehni acir
11 iyun 2019 19:05
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Dəfnə yarpağıyla raziyam onu yandiranda gözəl qoxu ətrafı bürüyür sanki sakitləşdiciymiş kimi təşəkkür bacış
11 iyun 2019 18:12
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri