Top 10: dünyanın ən bahalı parfümləri

Müəllif: Love Angel
Şərhlər: 7
Baxılıb: 680
Səs ver:
(səs: 0)
Gəlin görək bu ətirlər niyə belə bahalıdır və onların unikallığı nədədir?

1. DKNY Golden Delicious – 1.000.000 $

Top 10: dünyanın ən bahalı parfümləri


Nəfis ətir və eksklyuziv flakon 1 milyon dollar məbləğində qiymətləndirilib. Flakonun aşağı hissəsi 14 karatlıq ağ qızıldan, yuxarı hissəsi isə təxminən 3000-ə yaxın qiymətli daşlarla bəzənmiş sarı qızıldan hazırlanmışdır. Bu qiymətli daşlar dünyanın müxtəlif yerlərindən seçilmişdir: Braziliyadan turmalin, Şri-Lankadan oval sapfir, Avstraliyadan 1.28, 3.07 və 4.03 karatliq böyük çəhrayı və ağ brilliantlar və s. Üzərindəki Nyu-York göydələnlərinin təsvirində 2.28 karatlıq 183 ədəd qızılı sapfir, ümumi çəkisi 15.17 karat 2700 ədəd dairəvi ağ brilliantdan istifadə olunmuşdur. Ənənəvi DKNY loqotipi də sarı və ağ brilliantlarla bəzədilib. Ətrin dayaq hissəsi dağ büllurundan hazırlanıb və okeanı simvolizə edir. Şedevr flakonun birini hazırlamaq üçün zərgər 1500 saat vaxt serf edib.

Müasir, uğurlu və imkanli xanımlar üçün yaradılmış bu ətir vanilli orxideya, ağ qızılgül və zanbaq, səndəl, müşk çalarları ilə açılır. Qızılı-sarı alma və portağal çiçəyi notları təravəti ilə cəzb adamı cəzb edir.

2. Guerlain Secret de la Reine – 415.000 $

Top 10: dünyanın ən bahalı parfümləri


Bu ətrin həqiqətən də zərgərlik sənətinin bir incisi olan flakonu brendin simvolu olan arı formasında hazırlanmışdır. 123.73 qram platin, brilliant, qara oniksdən hazırlanmış flakon həm də boyunbağı kulonudur. Daxili mexanizm sayəsində barmaqla sıxılma zamanı arının qanadları açılır.

3. Clive Christian İmperial Majesty – 215.000 $

Top 10: dünyanın ən bahalı parfümləri


Bu ətrin də əsas dəyəri onun flakonundadır. Dağ büllurundan ibarət 507ml ətrin çəkisi təxminən 5 kq-dır. Flakonun 18 karatlıq qızıl çənbəri 5 karatlıq brilliant və ağ almazlarla bəzədilib. Bu şedevrin qiyməti 435.000$ çata bilər (rəsmi saytın məlumatına görə). Ətir 2005-ci ildə məhdud sayda (limited edition), cəmi 10 ekzemplyar buraxılmışdır. Qiymətli flakonun doldurulmasında isə 2001-ci ildə buraxılmış Clive Christian No.1 ətrindən istifadə olunur. Clive Christian No.1 ətri daha sadə qablaşdırmadır, 30ml ölçüsünün qiyməti təxminən 2500$-dır. Hər il qadınlar və kişilər üçün cəmi 1000 ədəd istehsal olunur.

4. Parfum V1 – 85.000 $

Top 10: dünyanın ən bahalı parfümləri


Gianni Vive Sulman modalar evi üçün yaradılmış bu ətrin müəllifi ingilis parfümeri Artur Bernhemdir. Parfümer öz ideyasını həyata keçirmək üçün komponentlərin ən uyğun birləşməsini tapmağa 5 ilini həsr edib. Ətrin əsası qətran və qızılgüllərin unikal birləşməsindən ibarətdir. Parfümün yerləşdiyi, əl işi olan taxta mücrünü yalnız brilliant və yaqutlarla bəzədilmiş qızıl açarla açmaq mümkündür. Həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulan ətir 1998-ci ildə son dəfə cəmi 178 flakon buraxılmışdır. Elizabet Teylor, Mayk Tayson, Maykl Cekson bu ətrin xoşbəxt sahiblərindən olublar. Hazırda V1 parfümü yalnız xüsusi sifariş əsasında hazırlanır.

5. Paco Rabanne 1 Million 18 Carats Luxe edition – 56.000 $

Top 10: dünyanın ən bahalı parfümləri


Paco Rabanne 1 Million 18 Carats Luxe edition – bahalı kişi parfümləri arasında ən çox tələb olunanlardandır. Hər bir flakon üzərində 3 karatlıq brilliant olan qızılla örtülmüşdür. Hər flakon individual nömrəsi malikdir və dana dərisindən olan qəhvəyi rəngli çamadana yerləşdirilmişdir. Çamadan qızılla örtülmüş qıfilla bağlanır. Parfüm qreypfrut, nanə, qırmızı naringi notları ilə başlayır; qızılgül ekstraktı, müxtəlif ədviyyə və ağac notları ilə tamamlanır.

6. Guerlain Tear of Love – 45.000 $

Top 10: dünyanın ən bahalı parfümləri


Məşhur parfümer Terri Veyzer (Thierry Wasser) zanbaq, pion, qızılgül, freziya çiçəklərinin sehrindən və ağ müşkün incə notlarından istifadə edərək zərif və romantik idilliya ideyasına həyat vermişdir. Əgər aşiq olmusunuzsa bu sizin ətrinizdir!

“Tear of Love” parfumunun flakonu damcı formasında 18 karatlıq qızıldan hazırlanmışdır və üzəri lakla örtülmüş taxta qutuya yerləşdirilmişdir.

7. J`adore L`or Version Haute Joaillerie Exception – 42.000 $

Top 10: dünyanın ən bahalı parfümləri


J`adore L`or Haute Joaillerie Exception parfümün əl işi olan flakonu Baccarat büllurundan hazırlanıb və incə qızıl zəncirlərdən ibarət “boyunbağı” ilə bəzədilmişdir. Qiyməti təxminən 30000 evro olan bu parfümdən indiyə kimi cəmi 8 ədəd buraxılmışdır.

8. Baccarat Les Larmes Sacrees de Thebes – 6800 $

Top 10: dünyanın ən bahalı parfümləri


Parfumeriya dünyasında daha çox nəfis ətirlərin flakon istehsalçısı kimi tanınan Baccarat kompaniyası 1990-cı ildə o qədər də bahalı olmayan, əla parfum “Les Larmes Sacrees de Thebes” ( Fivin müqəddəs göz yaşları) yaratdı. Tərkibi mirra, büxur və kəhrəba birləşmələrindən olan ətir sahibini keçmişə, Qədim Misirə, fironlar səltənətinə aparır. Flakon təmiz dağ büllurundan hazırlanmış və qiymətli daşlarla bəzədilmişdir. Hazırda məhdud seriyalı ətrin 6 flakonu Londonda Harrods mağazasında saxlanılır.

9. Bond No.9 Swarovski Amphora – 3.500 $

Top 10: dünyanın ən bahalı parfümləri


2012-ci ildə Bond No.9 və Swarovski yenidən birləşərək zərgərlik sənətinin növbəti şedevrini hazırladı – parfumeriya üçün 16500 swarovski qaşları ilə bəzədilmiş amfora formalı flakon. Bu flakonun sahibinin, flakonu brendin 125ml olan 32 ətrindən istədiyi ilə doldurmaq imkanı var. Flakonun qablaşdırılması ağ dəridən hazırlanmış və kristallarla bəzədilmişdir.

10. Caron`s Poivre – 2.000 $

Top 10: dünyanın ən bahalı parfümləri


Caron Poivre ətri 1954-cü ildə parfümer Mishel Morsetti tərəfindən yaradılıb. Ətrin kompozisiyası istiot, mixək, koriandrdan, karri kimi ədviyyələr, qərənfil, jasmin, qızılgül, ətirşahdan ibarətdir. 54-cü ildə məhdud sayda buraxılmış ətrin dəyəri indi təxminən 2.000$-a yaxındır.

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 680
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Selena.
Gözəl parfumerlerdir.lakin mən bunlara havayı yerə pul tokmerem
1 iyul 2019 16:14
7
Offline
Nura
Bu qiymetler etirlerin deyil onlarin qablarinin qiymetidir
Men hec vaxt bunlara bu qeder pul tokmerem
30 iyun 2019 16:27
6
Offline
vipbetul
qiymetler qablara goredi
27 iyun 2019 10:02
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
_İNCİ_
Sitat: diablo
Bu nədi bacishokoldum mən şəxsən bu qədər pulu vermərəm ətirə yoxe şüşəsinə.Onnansa kasiblara yardim etsəm savab qazanaram nəinki parfümü alib istifade edim
26 iyun 2019 11:05
4
Kalp kırıldıktan sonra özür dilemenin pek faydası yok.
Mezara dikilen çiçek öleni diriltmez!
Offline
BARBI
Ehh qabina goredir.Normalda elede bahali etirler deyil
25 iyun 2019 22:57
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
BakılıQız
Bunlara 1 qepikde vermerem, cunki coxu qabina goredi
Bahali etirde almisam,ucuzda. Eynidi ferqi yoxdu. Qalici deyiller
25 iyun 2019 20:37
2
KeçmƏ NamərD KörpüsünnəN,QoY AparsıN SeL Sənİ
Offline
diablo
Bu nədi bacishokoldum mən şəxsən bu qədər pulu vermərəm ətirə yoxe şüşəsinə.Onnansa kasiblara yardim etsəm savab qazanaram nəinki parfümü alib istifade edim
25 iyun 2019 18:03
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri