Xoşbəxtliyi sığortalayan 5 qoxu

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 437
Səs ver:
(səs: 0)
Qoxu çox güclü məhfumdur. Qoxu reseptorlarımız minlərlə qoxunu ayırd etmək xüsusiyyətinə malikdir. Belə ki, elə qoxular var ki, bizim əhvalımıza təsir etmək gücünə sahibdir – onlar əhvalımızı yüksəldə, ya da ki, əksinə pisləşdirə bilər. Bu yazımızda sizə məhz belə qoxulardan, xüsusilə də, xoşbəxtliyinizin zəmanətçisi olan 5 qoxudan bəhs edirik.

Jasmin ya da qızılgül
Çiçəklər bizim üçün zövq mənbəyidir, buna səbəb təkcə onların rəngləri və formaları deyil. Daha çox məşhur olan çiçək notlardan Jasmin və qızılgül tarixən aromaterapiyada istifadə edilmişdir. Rutgers Universitetinin İnsan Emosiyalar Laboratoriyasında bir sıra araşdırmalar aparılıb və ümumilikdə çiçəklərin insanlar üzərində “güclü bir müsbət emosiya bəsləyicisi” olduğu təsdiq edilib. Xüsusilə də, çiçək notlu ətirlər istifadə edənlər digər insanlara nisbətən üç qat daha çox xoşbəxt olurlar.

Limon yağı
Bütün sitrus qoxuları insanın əhvalını qaldırmağa kömək edir. Amma daha canlı, limon yağı kimi daha güclü qoxuya sahib olanlar isə bu işdə xüsusi bacarığa sahibdir. Limon yağı tərkibli ətirlər ya da limon yağı qoxusunda nə isə istifadə etdikdə təkcə siz deyil, həm də ətrafınızdakı insanlar da bu qoxudan xoşhal ola bilərlər. Le Moyne Kollecinin alimlərinin araşdırmalarına görə, limon qoxusu qadınlıq, təmizlik və mərhəmətlə assosasiya olunur.

Biyan
Biyan qoxusunu istifadə edən və qoxulayan insanda estrogen səviyyəsi və qan təzyiqini yüksəlir, pro-adrenal təsirə malikdir. Qoxu və Dad Araşdırmalar İnstitutunun araşdırmalarının nəticəsində məlum olub ki, biyan təkcə insanları mənəvi olaraq xoşbəxt etmir, insanlar həm də, fiziki olaraq da xoşbəxt olurlar.

Lavanda
Lavanda kefləndirici təsirə malikdir. O əhvalı qaldırmaqla yanaşı, narahatlığı yox edir, cinsi istəyi artırır, fiziki rahatlıq bəxş edir. Mayami Universitetinin Tibb Məktəbinin araşdırmaları göstərib ki, lavandadan istifadə edən insanlarda əhval-ruhiyyə yüksək olur, özlərini daha yaxşı hiss edirlər və riyazi hesablamaları sürətli şəkildə həyata keçirdirlər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 437
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri