Öz ətrini hiss etmirsənsə, bu, sənin ətrindir!

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 186
Səs ver:
(səs: 0)
Ətir seçmək ciddi, bir o qədər də, çətin bir işdir. Çünki mənə görə, ətir, qoxu bir insanın xarakterinin, tərzinin, bir sözlə, ruhunun yansımasıdır. Həm də, qoxuların insanın anatomiyası və fiziologiyası ilə çox sıx əlaqəsi var.

Təsəvvür edin, bir ətir alırıq, o ətir bizdə başqa qoxu verər, digərində başqa. Məhz bu səbəbə görə də, ətir insanın ruhunun yansımasıdır. Elə bilməyin ki, tərzimizə və ruhumuza uyğun olan ətri tapmaq da asan məsələdir. Əgər ətrin qoxusu mədənizi bulandırmırsa, o ətri siz hiss etmirsinizsə, hansısa şəkildə sizi narahat etmirsə, burnunuz, dəriniz, ruhunuz o qoxu üçün özünü “ac” hiss edirsə, deməli bu sizin ətriniz ola bilər.

Yeni ətir istifadə etməyə başlarkən başımıza ən çox gələn hallardan biri, bəlkə də, ən məşhuru öz istifadə etdiyimiz ətri hiss etməməyimizdir. Halbuki getdiyimiz hər yerdə ətrimizlə bağlı insanlar bizə təriflər edər ya da bəyənmədiklərini deyərlər. Bunun da, təbii ki, açıqlaması var. Belə ki, orqanizmimizdə olan “Limbik sistem” çox işi nəzarətdə saxlayır, eynilə də, qoxuları nəzarətinə götürür və qoxular burun qoxubilmə orqanımıza gedib çatana kimi, müəyyən qədər deformasiyaya uğrayır və qoxu ilk andakı kimi hiss edilə bilmir. Bu halla bağlı belə deyim var ki, əgər, istifadə etdiyimiz ətri özümüz hiss etmiriksə, o ətrin qoxusu bizi heç bir halda yormursa, deməli, bu ətir bizim ətrimizdir. Ruhumuz, dərimiz asanlıqla o ətri qəbul edir, burnumuz isə o qoxuya öyrəşir. Bu halı həll etməyin asan yolu eyni mövsümdə iki fərqli ətir istifadə etməkdir. Həftənin iki günü bir ətri, digər iki günü isə başqa qoxulu ətir istifadə edin. Burnumuz fərqli qoxular almasına baxmayaraq ilk sıxdığımız qoxunu xatırlayarsa, orqanizmimiz sevincdən endorfin hormonunu ifraz edərsə, deməli, məsələ həll olub. Bu ətir, bu qoxu mənimdir!

Daha bir çıxış yolu da ətrafdakılara “bel bağlamaq”dır. Yəni, ətrafdakılar sizin hiss etmədiyiniz ətrin qoxusunu “5 metr”dən hiss edirsə, deməli, hər şey qaydasındadır.

Ətri hiss etməməkdə dərinin də böyük rolu var. Elə notlar var ki, dəri onu qəbul etmir. Məsələn, müşk nəm, soyuq dərilə çox nadir hallarda “dostlaşır”, daha isti dəridə şərq və qurmanik notlar bütünləşir. Çalışın məhz sizin olan ətri tapasınız – həmin ətir sizin geyiminiz olsun, sizi tam anlamı ilə ifadə etsin, o ətrin adı çəkiləndə insanlar sizi xatırlasın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 186
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri