Orijinal ətirləri saxtadan necə ayırmaq olar?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 3 857
Səs ver:
(səs: 1)
Hətta məşhur mağazalarda təəssüf ki, orjinal ətir yerinə saxtasını almaq riski mövcuddur. Bu yalnız məyusedici deyil, eyni zamanda insan səhhəti üçün təhlükəlidir. Lakin saxta ətirləri təyin etməyin xüsusi əlamətləri var. Məhz bu əlamətlər sayəsində hətta ustalıqla hazırlanmış olsa belə saxta ətirləri tanımaq mümkündür.

Sizlərə həmin əlamətlərdən bəzilərini təqdim edirik:

Sellofan qablaşdırma


Orijinal ətirləri saxtadan necə ayırmaq olar?

İçərisində orijinal parfüm olan qutunun üzərini sıx dartılmış sellofan örtür, o qırışmır, qabarmır, qat yaratmır. Saxta ətirlərin polietilen qablaşdırması əksər hallarda qutunun üzərində tam yerinə oturmur.

Qaynaq yerinin səliqəliliyi



Polietilen qablaşdırma üzərindəki qaynaq yeri 5 mm-dən enli, kələ-kötür və yapışqan izlərinə malik olmamalıdır.

Karton



Həqiqi parfüm istehsalçıları kartonda qənaət etmir, bu səbəbdən onlar qutunun daxilinə xüsusi konstruksiya yerləşdirirlər və ətirlər belə qablaşdırmada çalxalanmır. Qutu keyfiyyətli kartondan hazırlanmalı və flakonu yaxşı saxlamalıdır.

Kartonun rənginin bozumtul deyil ağ olmasına fikir verin.

Qablaşdırma üzərindəki yazılar



Ekoloji qablaşdırma işarəsində (dairə yaradan oxlar) qara ox hər zaman açıq rəngliyə nisbətən yuxarıda yerləşir.

Elə mağazadaca ətirlər üzərindəki məlumatı istehsalçının saytında yoxlamaqdan (tutuşdurmağı) çəkinməyin. Əgər hər hansı detal üst-üstə düşmürsə, o zaman siz əlinizdə saxta ətir tutmusunuz.

Dizayn



Tez-tez adı və dizaynı ilə məşhur orijinal parfümlərə olduqca bənzəyən ətirlərə rast gəlmək olur. Bu, tanınan ətirlərin surətini çıxaran firmaları məhkəməyə verilmə təhlükəsindən qoruyur. Buna görə də, qutu və flakonun üzərinə diqqətlə baxın.

Ətirlərin rəngi



Tanınmış markalar ən çox solğun rəng çalarlı, tərkibindəki rəngləyicilərin miqdarının az olduğu ətirlər istehsal edirlər. Mayenin parlaq “kimyəvi” rəngi çox güman ki, qarşınızda saxta ətrin olduğundan xəbər verir.

Flakon qapağı



Orijinal ətirlərin qapaqları dizaynla nəzərdə tutulmadığı halda tam simmetrik olur.

Partiyanın seriya nömrəsi



Seriya Nömrəsi flakonun aşağı hissəsində əks olunmalıdır (Yapışdırılmamalıdır!)

Orijinal ətirlərdə seriya nömrəsi karton qutunun aşağı hissəsindəki nömrə ilə üst-üstə düşür. O, qutu üzərində çap edilə və ya döyülə bilər.

Flakon



Orijinal ətirlərin flakonları olduqca səliqəli hazırlanır. Saxta ətirlərin flakonlarında isə çıxıntılar, nahamarlıqlar və qeyri-bərabər ölçülü qalınlıq olur.

Əgər ümumiləşdirsək, demək olar ki, orijinal parfümün bağlamadan pulverizatoruna qədər hər bir detalı keyfiyyətlə hazırlanıb. Saxta ətirlərə diqqətlə baxsaq onların ümumilikdə nisbətən səliqəsiz görünüşə malik olduğunu sezə bilərik.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 857
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri