Ətir ətirə bənzəməz...

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 665
Səs ver:
(səs: 1)
Hər ətir bir xatirə daşıyıcısıdır. Sitrus meyvələrinin ətri xoşbəxtlik ovqatı yaradır, lavanda rahatlıq bəxş edir, nanə soyuqluq və sərinlik gətirir. Bəzən yüksək konsentrasiyada olan bir ətir xoşa gəlməyə bilər. Gözəl ətirləri özündə cəmləyən çəmənlik mehi xoş təsir bağışlayır, ancaq eyni bitkilərdən hazırlanan ağır bir ətir narahatedici ola bilər.

Qoxulara qarşı həssaslıq daha az olsaydı, təhlükəli vəziyyətləri hiss etmək olmazdı. Ətirlər qəbul edilən qida haqqında ilk informasiya daşıyıcılarıdır. Məsələn, cəfəri görünüş cəhətdən zəhərli baldırğana çox bənzəyir, lakin qoxusu tamamilə fərqlidir.

Vanil, kakao, darçın, portoğal, berqamot qoxuları iştahaaçan qoxular sayılır. Araşdırmalara əsasən, iştaha artıran ətirlərlə yanaşı, iştahanı kəsən və toxluq hissi yaradan ətirlər də mövcuddur. Pəhriz saxlayanlar ətirlərə qarşı xüsusilə diqqətli olmalıdırlar. İştaha mərkəzini sakitləşdirən və toxluq hissi yaradan ətirlər siyahısına yaşıl alma, banan, nanə və sarıkök ətri başçılıq edir.

Aparılan təcrübələrin birində 3 min nəfər hər gün yeməkdən əvvəl yaşıl alma, banan və nanə qoxulayıb. Həmin araşdırma nəticəsində pəhriz saxlayanların 5 kiloqram çəki itirdiyi məlum olub.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 665
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Qoxu insanin heyatinda cox onemlidir.Qoxu var insani acdirir qoxu var insanin istahini bagliyir
21 yanvar 2020 20:59
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri