Ətir vurmağın ədəbi

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1959
Səs ver:
(səs: 1)
Həzrət Peyğəmbər (s) hamımız üçün bir örnək və nümunədir. Həzrətin ən gözəl adətlərindən biri həmişə ətirli olması idi. (Tebyan)

İmam Kazım (ə) buyurur: "Yaxşı olar ki, kişi hər gün xoş iydən istifadə etsin".

Həzrət Peyğəmbər (s) buyurur: "Dostum Cəbrayil (ə) mənə demişdir: "Hər gün özünü ətirlə və bu işi cümə günləri tərk etmə".

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Ey Əli, hər cümə özünü ətirli et. Çünki bu əməl - mənim sünnətimdəndir. O zamana qədər ki, onun iyi qalar, sənə həsənə yazılar".

Osman ibni Məzun Peyğəmbərə (s) deyir: İstəyirəm ki, ətir vurmağı kənara qoyam. Həzrət Peyğəmbər (s) buyurdu: "Ətiri kənara qoyma, çünki mələklər möminin xoş iyini iyləyərlər. Ən azı cümə günü xoş ətirdən istifadə et".

İmam Sadiq (ə) buyurur: "Peyğəmbərin (s) qalaydan müşkdanı var idi ki, hər dəfə dəstəmaz alandan sonra onu əlinə götürüb, özünü xoş ətirli edərdi". Belə ki, Həzrət (s) mənəvi təharətlə yanaşı, zahiri təharətinə də diqqət edərdi.

İmam Sadiq (ə) buyurur: "Ətir vurulmuş halda qılınan iki rükət namaz, ətir vurulmayan halda qılınan 70 rükət namazdan daha üstündür".

İmam Sadiq (ə) hər dəfə dəstəmaz alandan sonra özünə ətir vurar və buyurardı: "Hər kim oruc halında gününün əvvəlini ətirlə xoş ətirli edərsə, heç bir zaman ağlını əldən verməz". Yəni, aclıq və susuzluqdan meydana gələn pis xasiyyət xoş ətirlə aradan gedər.

İmam Sadiq (ə) buyurur: "Hər kim Ramazan ayının ilk günündə bir ovuc gülabı üzünə vurarsa, həmin günü xarlıqdan və pərişanlıqdan amanda olar. Hər kim bir ovuc gülabı başına sürtərsə, həmin il sayıqlama xəstəliyindən amanda olar".

İmam Sadiq (ə) növruzla bağlı Məala ibni Xənisə əməllər öyrədir və buyurur: "Növruz günü olan zaman qüsl et və özünü tamamilə xoş ətirli et".

Həzrət Peyğəmbər (s) səfərə gedən zaman özü ilə 6 şey götürərdi: ətir şüşəsi, ayna, daraq, misvak, sürmədan, qayçı.

Ətirdən necə istifadə edək?

Ətirdən əlin içində, qulaqların arxasında, qolun altında, ayaqların və qolun qatlanan yerində istifadə olunur. Çünki bu zaman qan sürətlə cərəyan edər və dəri isinər.

Hədislərə nəzər salaq:

1. Bığ və saqqal. İmam Əli (ə) buyurur: "Ətiri saqqala vurmaq peyğəmbərlərin (ə) əxlaqından və kərami-katibinə ehtiramdandır".

2. Boyun. Həsən ibni Cəhm nəql edir: "İmam Rzanın (ə) xidmətinə getmişdim. Mənim yanıma bir qab gətirdi ki, orada müşk var idi. Mənə xitab edib buyurdu: "Bu müşkdən götür və özünə sürt". Bir qədər götürüb özümə sürtdüm. Buyurdu: "Bir qədər götür və boyununa da sürt".

3. Saqqal. Peyğəmbər (s) ətirdən çox istifadə edərdi və onun təsiri mübarək saqqalında və başında olardı.

4. Səcdə yerləri. İmam Rza (ə) buyurur: "İmam Sadiqin (ə) səcdə yerləri ətirin iyindən tanınardı".

5. Namaz yeri. Aişə deyir: "Peyğəmbər (s) bizə əmr etmişdi ki, evdə namaz yeri düzəldək və onu pakizə və xoş ətirli edək".

Həzrət Peyğəmbər (s) nə zaman küçədən keçərdi, ondan sonra xoş ətiri uzun zaman qalardı. Həzrət (s) müşkü o qədər vurardı ki, bəzən mübarək saçları parıldayardı. Həzrət (s) ərzaqdan əvvəl pulunu ətirə verərdi. Hamı Həzrətin (s) vurduğu ətiri bilirdi və ona görə də onun olduğu yerə daxil olmamışdan əvvəl ətrini hiss edərdilər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1959
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 10787
Xəbər sayı: 307
Qeydiyyat: 23.04.2015
Totu
İmam Sadiq (ə) buyurur: "Ətir vurulmuş halda qılınan iki rükət namaz, ətir vurulmayan halda qılınan 70 rükət namazdan daha üstündür".
Tewekkurler.
9 aprel 2020 16:34
4
Şərh sayı: 2096
Xəbər sayı: 109
Qeydiyyat: 30.11.2019
Btsarmy;)
Etir vurmuram men...
Kısa konkret birdefelik cimirem etirle
Zarafat bir yana xeber cox maraqli olub , saytdada her gün yenilikler oyrenirem...
28 yanvar 2020 18:07
3
-^ A person starts dying when they stop dreaming...✌
Şərh sayı: 1360
Xəbər sayı: 5
Qeydiyyat: 18.07.2019
kivircik
Maraqli melumat oldu,bilmediklerimi oyrendim
28 yanvar 2020 17:40
2
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 80404
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Etir vurmaginda zamani ve yeri oldugunu bilmirdim
28 yanvar 2020 17:19
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri