Ətir hazırlayaq

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 1185
Səs ver:
(səs: 1)
Evdə özünüz ətir hazırlayaraq zərərli kimyəvi maddələrdən qoruna bilərsiniz. Bu yolla öz sağlamlığınızı da qorumuş olarsınız. Ətirlərdə işlədilən kimyəvi maddələrin 95 faizi neftdən hasil edilir və çoxu da olduqca zəhərlidir. Sizə elə gələ bilər ki, çiçək ətri verən bir ətri məhz elə həmin çiçəkdən hazırlayırlar. Amma bu, belə deyil. Onlar sintetik aromatizatorlar vasitəsilə ətirləndirilir ki, bunlar da neftdən hazırlanır. Dolayısı yolla da bu, bizim sağlamlığımıza mütləq təsir edir.

Evdə ətir hazırlamaq çox asandır. Aldığınız ətirlərdən fərqli olaraq bunların tərkibini də bilmiş olacaqsınız. Ətir hazırlamaq üçün bunlara ehtiyacınız olacaq:

- Yağ turşusu

- Təmiz spirt (və ya orqanik araq)

- Saf su.

- Bitki mənşəli qliserin.

30 ml spirti tünd rəngli bir qaba boşaldın. Sevdiyiniz yağ turşusundan 10 damcı onun üzərinə əlavə edin. Amma hamısını birdən əlavə etməyin. Yağın hər damlasını əlavə etdikcə qabı yavaşca silkələyin ki, spirtə qarışsın. Spirtlə yağı ayrı bir qabda qarışdırandan sonra da tünd rəngli qaba əlavə edə bilərsiniz. Şüşənin ağzını bağlayın və 2 gün qaranlıq bir yerdə saxlayın. 2 gündən sonra bu qarışığın üzərinə 2 yemək qaşığı saf su əlavə edin və yaxşıca qarışdırın. Sonra üzərinə bir neçə damcı bitki mənşəli qliserin əlavə edin. Qliserin sayəsində ətir dərinizi qurutmayaqcaq. Qabın ağzını bağlayaraq yenidən qaranlıq bir yerdə 2 gün saxlamalısınız. Bundan sonra isə sprey tipli qabınız varsa, ətiri onun içinə boşalda bilərsiniz.

Yağlar çox olduğuna görə seçiminiz də çox və rahat olacaqdır. Ancaq gül yağları ilə ədviyyat yağlarının qarışdırılması məsləhət deyil. Çünki yağlar bir-biri ilə əks təsirə girə bilər. Məsələn, ola bilsin ki, iki yağı qarışdırasınız və bu yağlardan biri enerji verici, digəri isə sakitəşdirici xüsusiyyətə malik olsun. Yağları bu cür qarışdırmaq üçün müəyyən təcrübəyə və biliyə malik olmaq lazımdır. Ona görə də çalışın ki, haqqında məlumatınız olmayan yağları bir-biri ilə qarışdırmayın. Əgər yağ seçimində qərarsızsınızsa, o zaman istifadə etdiyiniz təbii kosmetik vasitələrinin tərkibinə baxa və oradan bir seçim edə bilərsiniz. Əgər yağı seçmiş, amma ondan nə qədər istifadə edəcəyinizi bilmirsinizsə, o zaman aşağıda yazılanlara nəzər yetirin.
4 damcılıq: berqamot, istiot, limon.

3 damcılıq: sidr ağacı, müşk sürvəsi, bosvelliya, qreypfrut, lavanda, naringi, mərzə.

2 damcılıq: kardamon, şirin çobanyastığı, zəncəfil, neroli, paçuli, istiot, çay ağacı.

1 damcılıq: limon otu, nanə, pelarqoniya, ilanq-ilanq.

Hazırlaya biləcəyiniz bəzi qarışıqlara nəzər salaq:

- 2 damcı zəncəfil, 4 damcı berqamot, 2 damla hil - ədviyyatlı gözəl bir ətir yaranacaq.

- 2 damcı yasəmən, 2 damcı ilanq-ilanq, 1 damcı səndəl ağacı yağı, 1 damcı gül yağı, 2 damcı vanil yağı - xoş bir çiçək ətri yaranacaq.

- 1 damcı pelarqoniya, 4 damcı limon, 4 damcı nanə: xoşbəxtlik gətirən bir yay təravətli ətir yaranacaq.

Bu tərkiblər 30 ml spirtə qatılır. Miqdarlarını iki dəfə artıraraq spirti 60 ml götürə bilərsiniz. Dərinizi qurutmamağı üçün 30 ml spirtə 10 damcədan artıq yağ vurulmamalıdır. Ətrinizi qaranlıq və sərin bir yerdə, mümkündürsə, soyuducuda saxlayın. Daim qaranlıq və sərin yerdə 1 il də xarab olmadan qalar.

Bitki tərkibli olduğuna görə təbii ətirlərin təsiri dəridə daha uzun müddət özünü qoruyub saxlaya bilir. Çoxu da yağ tərkiblidir deyə istifadəsi də xoş olur. Bu ətirləri təmiz dəriyə sprey vasitəsilə fısqırda və ya əlinizlə vura bilərsiniz. Bu ətirlər üçün ən uyğun yer biləklər, sinə arası, dirsəklərin iç hissəsi və boyun nahiyələridir. Bu nahiyələrdə dəri incə olduğuna görə dərinin altındakı damardan qan keçdikcə istiliyi ətrin yayılmasına səbəb olur.

Hər bir xanım evində baxımlı və səliqəli olmalıdır. Bu ətirlər vasitəsilə həm sağlamlığınızı qoruyacaq, həm də evinizdə gözəl əhval-ruhiyyə yaradacaqsınız.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1185
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Hazır almaq yaxsidir
Dünən, 16:29
5
Offline
Afaa
Maraqli melumatdi tesekkur
4 fevral 2020 21:08
4
Offline
BARBI
Etir hazierlamamisam.Hazir almaga ustunluk verirem
4 fevral 2020 19:49
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Army_Blink
Heqiqten maraqlidi. Ama hazir etri qoyub hec kim ozunu eziyyete soxmaz
4 fevral 2020 18:47
2
Offline
Btsarmy;)
Maraqli xebere oxwuyur,ama inanmiram kimse evde etirhazirlaya...
4 fevral 2020 17:23
1
-^Gozlerin Gözlerimin Gozlediyi Gözleri Gözleseydi Gözlerin Gözlerimle Göz-Göze Gelerdi...✌

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri