“Biznes ledi”lər necə ətirlərdən istifadə etməlidir?

Şərhlər: 6
Baxılıb: 2340
Səs ver:
(səs: 0)
Biz bu gün ümumi qadın ətirlərindən yox, məhz “biznes ledi” necə ətirlərdən istifadə etməlidir bundan danışacayıq. Razılaşın, bu iki qadın fərqli qadınlardır. İşguzar xanımın parfum seçiminə tək şəxsi bəyəndiyi ətirlər yox, həmdəki etiket qaydaları təsir edir : Ətir çox boğucu, kəskin, seksual və ya əyləncəli olmamalıdır. Bəs “biznes ledi” ətri necə olmalıdır?

Nə qədər məşğul, işguzar və sərt görsənməyindən asılı olmayaraq, bu obrazı xüsusi seçilmiş ətirsiz təsəvvür etmək olmaz. Parfum – xüsusi seçilmiş stilin son akkordu kimidir və həmsöhbətinizə təsir gücünə malikdir. Düzdür, ətirlərin düzgün seçimi barədə etiket qaydaları var, amma hər halda, hər bir xanımın seçimi individual və özünə məxsus olur. Bu onun zövqündən və şəraitdən asılıdır.

ÜMUMİ QAYDALAR
Parfum kolleksiyanızın əsas hissəsini yüngül, neytarl kompazisiyalı – tərkibində sitrus və ya dəniz notları olan ətirlər təşkil etməlidir. Çox təsirli, cəlb edici, seksual və çox qadınsı ətirlərdən imtina etmək məsləhətdir. Çox şirin, ədviyyatlı və kəskin çiçək qoxuları da məsləhət görülmür. Ekspertlər bir neçə variant təklif edirlər: Fərqli notlu və çox eleqant ətirlər. Misal üçün, təkrar olunmaz Hugo Boss brendindən – Boss Woman və ya Cacharel brendindən incə və zərif Noa ətri. Əlbəttə, hər bir xanımın öz seçimi var. “Biznes ledi” üçün ən böyük parfum seçimi fransız moda evi Hermes tərəfindən təqdim olunur : Un Jardin sur le Nil və ya Voyage d’Hermes – stil, ləyaqət, aristokratiya nümunəsi – bir şedevr hesab oluna bilər.

SEÇİM NƏDƏN ASILIDIR?
Öz zövqünə uyğun seçim etməkdən əlavə, həm də olacağınız məkanı nəzərə almaq lazımdır. Ofis üçün seçilmiş ətir biraz sərt olmalıdır. Amma işgüzar xanımın həyatı təkcə ofisdə keçmir: Onun həyatında eyni zamanda iş görüşmələri, iş səyahətləri, iclaslar da vardır. Əməkdaşlarla axşam yeməyində təbii ki, daha fərqli ətirlərdən istifadə olunmalıdır. Eyni zamanda havanı və fəsilləri də nəzərə almaq lazımdır. Qış ətirləri daha isti, və şirin ola bilər. Yay ətirləri isə sitrus meyvələri, təravətli və dəniz notları olan ətirlər olur.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2340
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 212
Xəbər sayı: 0
Selena.
Мəн əтир севирəм
22 iyul 2020 21:29
6
Şərh sayı: 381
Xəbər sayı: 0
_samire_
Aciq iyli etirleri arada istifade edirem.
AMA daha cox tund etirlere ustunluk verirem.
Maraqli xeber idi tewekkurler "ömrüm"heart
5 iyul 2020 00:25
5
Şərh sayı: 3711
Xəbər sayı: 109
ÜlSi❤
Evvel sırın duxularin iyi gelende ureyim bulanirdi. İndi de ferqli deyilhihih bezen sevirem,bezen sevmirem)

Teşekkürler bal küpüm ❤✨)
4 iyul 2020 21:31
4
... -'tek kişilik miydi ki bu şehir? Sen gidince bomboş kaldı da...✌❤☀:)
Şərh sayı: 4845
Xəbər sayı: 47
fiyonik
Etir iyisini hec goturmurem. Evvel yene vurardim, amma indi etir iyisi gelende ureyim bulanir. Biznes lediler ucun elverisli xeberdir. Maragli oldu. Tesekkurler
4 iyul 2020 19:41
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 80735
Xəbər sayı: 30
BARBI
Hmm parfum zowqum muxtelifdir
4 iyul 2020 19:34
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 217
Xəbər sayı: 0
♡iLK NUR♡
Maraqlı məlumat idi.
Təşəkkürlər ürəyim heart
4 iyul 2020 19:25
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri