Ətrinizin ömrünü uzadın

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 6 010
Səs ver:
(səs: 3)
Ətirinizi daha uzun müddət istifadə etmək istəyirsinizsə, saxlama şərtlərinə əhəmiyyət verin. Əvvəlcə hər istifadədən sonra mütləq qapağını möhkəmcə bağlayın. Çünki havayla təmas edən ətir tez pozular. Pozulmasını önləmək üçün ətiri qutusunda mühafizə edə bilərsiniz.
Ətiri işıq keçirməyən bir yerdə saxlayın. İşıq ətirin rəngini və qoxusunu pozar. Çox işıq görən yerlərdə, salonlarda ətirlərinizi saxlamayın. Gizli, qaranlıq yerlə saxlamaq üçün ən yaxşısıdır. İsti və nəmli mühitləriylə duşlar da ətirləri saxlamaq üçün uyğun deyil. Buradakı istilik və nəm ətirlərin qısa zamanda pozulmalarına səbəb ola bilər.
Ətir necə alınar? 
Ətir alveri ümumiyyətlə səhər saatlarında burnumuzun ən həssas olduğu saatlarda edilməlidir. Bir səfərdə ən çox 3 qoxuya baxılmalıdır. Əks halda burnumuzun həssaslığı azalacağı üçün aldığınız  ətiri təkrar iylədiyinizdə bəyənməyə bilərsiniz. Ətiri uzaqdan püskürtdükdən sonra quruması gözlənilməli və sonra iylənilməlidir. Qalıcı olub olmadığı ancaq bir neçə saat sonra aydın ola bilər.
Ayrıca ətirin qoxusunun üzərinizdə qalıcı olması üçün, gündə yalnız bir dəfə deyil, gün içində bir neçə dəfə az - az sıxmalısınız. Ətirinizi yalnız bədəninizə deyil, paltarlarınıza da sıxsanız qalıcı bir qoxunu zəmanətləyə bilərsiniz.

/Mənbə: Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 6 010
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri