Özünüzə ətir almadan əvvəl bilməniz lazım olan ipucları

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 6 594
Səs ver:
(səs: 1)
Sevdiyiniz qoxulara görə bir növ seçin
Təzə, fərah qoxular
Gündəlik həyatınızda fərahlıq hissinə əhəmiyyət verir və hiss etdiyiniz ağır qoxulardan narahat olursunuzsa, siz yüngül ətirlərin insanısınız. Təmiz görünmənin yanında pudra, sabun qoxuları kimi təmiz iy vermək də istəyirsinizsə, yüngül və təzə qoxuları yoxlayın.
 
Çiçəksi qoxular
Çox qadın çiçək qoxusuna huşunu itirər bu vəziyyət ətirlər üçün də etibarlı. Ancaq hər çiçəyin qoxusu fərqli olduğu kimi yüngül kimi ağır ola bilər. Sevdiyiniz çiçəyin qoxusu ətir və ya bədəninizdə eyni dayanmaya bilər. Bu səbəbdən yüngül və çiçəksi qoxuları sevirsinizsə. bu qoxuları seçərkən tərkibində hansı çiçəyin çox olduğuna diqqət edin.
 
Meyvəli qoxular
Daha şəkərli qoxuları sevirsinizsə, təklifimiz meyvəli qoxular. Meyvəli qoxular çox müxtəlif tərkibləri ilə  hər kəsə xitab edə biləcək xüsusiyyətlərə sahib. Bu tərz qoxular istifadə edərkən fərah bir təsir istəyirsinizsə portağal, mandalina kimi aromaların olduğu qoxuları, sıx bir təsir istəyirsinizsə də çiyələk, böyürtkən kimi meyvələr ehtiva edən qoxuları seçin.
 
Ədviyyatlı qoxular
Girdiğinz mühitlərdə diqqət çəkmək istəyirsinizsə, ədviyyatlı bir qoxu vurmalısınız. Amma bunu edərkən şişirtməməyə diqqət edin. Ədviyyat tərkibli qoxular son dərəcə çoxx qoxular olduğundan 2 fıstan çoxu ağır gələ bilər və yanınızdakıları narahat edə bilər. Ətirinizlə diqqət çəkərkən bu diqqətin müsbət istiqamətdə olmasını istəyirsinizsə, bu tərz ətirləri çox az vurun.
 
Ətir şüşəsinə diqqət edin
Ətirlərin şüşələri ətiri satdıran qoxu, marka kimi xüsusiyyətlərin üçüncüsüdür. Eyni tərz qoxulara sahib iki ətirə baxdığınızda şüşəsi gözəl olan sizə cazibədar gəlir. Ancaq bu kimi vəziyyətlərdə rahatlığa da diqqət etməlisiniz. Çox böyük ya da daşıması çətin ətirləri çantanızda daşıya bilməzsiniz.
 
Başqasında bəyəndiyiniz ətiri sınamadan almayın
Bir dostunuzda ya da hər hansı birində eşitdiyiniz ətiri dərhal almayın. Ətirlər görüşdükləri kəslərin bədənlərində tam fərqli bir kimyaya sahib olar. Bu səbəbdən çox bəyənib, adını öyrəndiyiniz ətiri sınamaq üzrə özünüzə vurun və sonra dərhal almadan bir neçə saat keçməsini gözləyin. ilk anda burnunuza çox gözəl gələn qoxu saatlar sonra hələ xoşunuza gedirsə, o zaman könül rahatlığıyla ala bilərsiniz.
 
Digər məhsulları da araşdırın
Favorit ətirinizi tapdınızsa və çox uzun zamandır istifadə edirsinizsə, insanlar o qoxunu sizinlə qaynaşdırar. Bu vəziyyət sizə gözəl gəlsə də zaman - zaman canınız dəyişikliyə getmək istəyə bilər. Bu kimi dövrlərdə parfümüzü bir kənara buraxıb yeni ətirlər sınayın. Onun yerinə ətirinizin bədən spreyi, bədən kremi kimi yan məhsullarını yoxlayın. Ana teması eyni olsa belə krem və spreylər yaratdıqları fərahlıqla istədiyiniz dəyişikliyi hiss etmənizi təmin edər.
 
Ətir sıxmanız lazım olan nöqtələri bilin
Özünüz üçün ən uyğun ətiri seçdinizsə, indi sıra onu ən yaxşı şəkildə daşımaqda. Ətirinizi sıxarkən şişirtməməyə diqqət edin. Bədəninizdəki müəyyən nöqtələrə sıxmanız qoxunuzun gün boyu üzərinizdə qalması və təmas etdiyiniz kəslərin onu fərqinə varması üçün kafi olar. Ətiri doğru şəkildə istifadə etmək istəyirsinizsə; qulaq arxası, əl biləklərinin iç tərəfi və diz qapaqlarınızın arxasına vurun.

/Mənbə:Qadınlar.Biz/
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 6 594
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri