Karl Lagerfelddən iki yeni ətir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 703
Səs ver:
(səs: 0)
Karl Lagerfeld aralıqsız işə davam edir. Chanel üçün hazırladığı son kolleksiyasını qısa zaman əvvəl tanıdan Lagerfeld, iki yeni ətirlə qarşımıza çıxdı.

Modanın ən çox işlənən adlarından biri olan Karl Lagerfeld, iki yeni ətirlə qarşımıza çıxdı. 1978-ci ildən bu yana 15 fərqli qoxu çıxardan 80 yaşındakı dizaynçı öz adını daşıyan bir kişi bir də qadın ətiri hazırladı.


Qadınlar üçün hazırladığı ətirdə Serge Majoullier və Christine Nagellə ortaq işləyən Lagerfeld, çiçək notlarına bolluca yer verdi. Limon, şaftalı manolya və gül tərkibinin iştirak etdiyi ətir lavanta notlarıyla birləşdirildi. Yüngül olduğu qədər qalıcı da olan Karl Lagerfeldin qadın qoxusu favorit yaz ətirlərimiz arasındakı yerini alıb.
 
Kişi qoxusu üçün də Christophe Hérault'la işləyən dizaynçı odun notlarına bolluca yer verdi. Kişi qoxularında lavanta qoxusunun basqın olmasından xoşlanmayan dizaynçı bu səbəblə kişilər üçün hazırladığı yeni qoxusunda daha yüngül notaları istifadə etdi. Hazırladığı qoxunu özünün də çox sevərək istifadə etdiyini deyən Karl Lagerfeld, kişilərin yeni qoxusuyla qadınları arxalarından qaçdıra biləcəyini iddia edir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri