BURBERRY - sehirli ətir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 767
Səs ver:
(səs: 1)
Dünya şöhrətli brendin yaradıcısı Thomas Burberry Hampshire qraflığının qalanteriyasında kargər kimi fəaliyyətə başlayıb. Öz sələflərinin təcrübəsini təhlil edib, şəxsi biznesini açmaq qərarlaşdırmaq üçün ona 20 il ona lazım oldu. Bu vaxt ərzində coşğun idman həvəskarı Tomas anladı ki, müasir geyim (xüsusilə, makintoş) tamamilə aktiv həyat tərzi üçün uyğunlaşdırılmamışdır. Usta xüsusi parçanın hazırlanmasından başladı- su keçirməyən kətan və pambıq ipliyin sintezi. Yüngüllük, möhkəmlik, praktiklik, hava buraxmaq qabiliyyətinə uyğunlaşdırılan və sürtünməyə dayanıqlıq yeni parçanı sensasiya etdi. Şekspirin böyük pərəstişkarı, Burberry yenilik üçün Şekspirin terminologiyasından bir ad götürdü - qabardin. Ondan ov üçün , balıq tutmağa getmək və soyuq havada gəzinti üçün çox gözəl geyim alınırdı. Məşhur slipon plaşı (daha sonra trençkot adlandırılan) və qabardindən demisezon paltosu bütün dünyada Tomas Berberiyə dünya şöhrəti gətirdilər. Şöhrət Berberrini çox önə çəkdi və bu faktdır ki, Cənub qütbünə ilkaddım atan şəxs (bu 1911-ci ildə baş vermişdi) Rual Andersen Burberry ilə təchiz olunmuşdu. 3 il sonra Tomas Britaniya əsgərləri üçün forma tikmək sifarişi aldı. Müharibədən sonra isə şirkət pilotların geyimin təchicatçısı oldu- təyyarənin açıq kabinələri üçün Burberry kombinzonları rəqibsiz idi. Nəhayət, brendin kinomatoqrafiyaya daxil olması "Kasablanka" və "Tiffanigildə əhər yeməyi" kimi məşhur filmlərin personajları Burberry-dən geyinməsi brendin şöhrətini daha da artırdı. Burberry "Fişka” –sı "qəfəs” oldu. Əvvəllər o yalnız bej olaraq palto üçün astar kimi istifadə olunurdu, çünki ingilisləri ənənəvi istiliklə assosiasiya edirdi. Axı damalı həmişə Şotlandiya şalı idi – məhz o Berberrini məşhur Britaniya printini azacıq dəyişərək, onu qara, qırmızı, ağ və qum palitrasında buraxmağa ilhamlandırdı. 70-cilərdə futbol azarkeşlərinin arasında məşhur olmuş bu cizgilər indiyə qədər İngiltərənin xuliqan idman mədəniyyəti ilə bağlıdır. 90-cıillərdə Burberry şotlankaları məşhurluğun zirvəsinə yüksəldilər. Şirkətin o zamankı art-direktoru Roza-Mariya Bravo ənənəvi nisbətləri qoruyaraq, brendin üzünü azacıq gənclərə tərəf çevirməyi qərara aldı. Bu məşhur printlər qırmızı, çəhrayı, mavi, ağ və qara rənglərdə buraxmağa başladırlar. Roza-Mariya məşhur damalara sözün əsl mənasında yeni ruh verərək onu alt paltarlarına, çimərlk geyimlərinə, yumşaq oyuncaqlara, gün eynəklərinə, saç üçün sancaqlara, çətirlərə, dəri qalanteriyalarına və digər aksesuarlara əlavə etməyi təklif etdi. O zamandan Burberry firması dəbli, bahalı geymlərin istehsalçısı kimi tanındı. Burberry-nin Prorsum eksperimental geyim seriyası dən tendensiyasını müəyyən edir və əsas publika üçün hesablanmışdır. Yeri gəlmişkən, latıncadan tərcümədə "irəli” anlamını verən Prorsum şirkətin loqosunda da özünü göstərmişdir. Hələ ötən əsrin əvvəllərində hazırlanmış zirehli, atlı cəngavər. Aparıcı dizaynerin dəyişməsi burberry-nin əsl Britaniya və çox mühafizəkar tərzinə təsir etmədi . Burberry Evinin ətir səhifəsi 1981-ci ildə yaradılmış Society by Burberrys ətri açır. Eyni zamanda dinamik və klassik, zərif, nəfis ətir Burberry stilində insanın ahəngdar obrazının təbii davamı oldu. Lakin "şotland dama geyimli”, hər iki cins üçün nəzərdə tutulmuş Burberrys of London ətrinin pərəstişkarlar daha çox sevdilər.

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 9
Baxılıb: 4 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri