Azərbaycanın ilk ətri Fəxriyyə Xələfovadan

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 13 201
Səs ver:
(səs: 4)
Tanınmış azərbaycanlı modelyer Fəxriyyə Xələfova qədim tarix və mədəniyyət şəhəri olan Bakıda anadan olmuşdur. O uşaqlıqdan dəb, incəsənət və yeniliklə bağlı eskizlərlə maraqlanırdı. Öz "mənini” və təhsil axtarışı ilə bağlı səyahət illəri- Azərbaycan Dövlət Universiteti, Türkiyənin bədii dizayn üzrə Xüsusi Ali məktəbii, Azərbaycan Elmlər Akademiyası- istedadlı qıza tendensiyaları asanlıqla "oxumağı”, detal və proporsiyalara ətraflı yanaşmağı, parça və furniturların seçimində diqqətli olmağı öyrətdi. "Sirr” adlı ilk kolleksiyası sübut etdi ki, dəb üfüqündə yeni bir ulduz parladı-özündə Şərq və Qərb mükəmməlliyini birləşdirərək orijinal və bənzərsiz olan yalnız modellər deyildi, həm də daha çox ənənəvi nümayişlərə deyil, teatr tamaşasına bənzəyən dəfilənin özü idi. Milli folklor ideyaları ilə cəzb edən, urbanizm və kosmopolitizmin estetikasıdan ilhamlanan Fəxriyyə öz orijinal bəzəklərini, çalar və fakturalarını kontrast əsasında deyil, in-yan prinsipi ilə birləşdirərərk əlavə edir. Fəxriyyə Xələfovanın modelləriahəngdar seçilmiş rəng və aksesuarları ilə bölünməyən, bütöv görünür.
Yaradılmış obrazın tamamlanması üçün çatışmayan bir şey var idi- ətir. İlk ətrinin formulası üzərində işləyərkən Fəxriyyə Xələfova ətir sənətinin yaradılmasına həsr olunan bir çox foliantlar oxudu, ətir kompozisiyasının hazırlanması üzrə ixtisaslaşmış bir çox mərkəzlərdə oldu. Hazırlamalar laboratoriya tədqiqat mərhələsinə gəldikdə isə Fransa rivyeri, ətir dünyasının paytaxtı Grasa göndərildi. Nuray kolleksiyası belə yarandı- çiçəkli-Şərq meylli qığılcımsaçan ətrili trio. Nuray-ın unikallığı ondan ibarətdir ki, hər ətri həm ayrı, həm də bir-biri ilə qarışdıraraq təkrarsız və fərdi ətir qarışığı yaratmaq olar.
Dəbə innovasiyalı yanaşma, bilik və intuisiyanın təkidi, rahatlıqla möhtəşəmliyin ahəngdar uyğunluğu Fakhriya Khalafova brendinin Azərbaycanın hüddudlarından kənarda da tanınmasına şərait yaratdı.

 

(səs: 4)
Şərhlər: 11
Baxılıb: 13 201
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri