DİOR - dəbin əfsanəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 325
Səs ver:
(səs: 1)
"Dəbin əfsanəsi" tituluna layiq insan 21 yanvar 1905-ci ildə Normandın Granville şəhərində, La-Manş sahilində keçmiş balıqçı limanı olmuş şəhərdə dünyaya gəlib. Kristianın atası kimyəvi gübrələr satırdı və gələcək oğlunu diplomatik karyera ilə bağlayırdı.1911-ci ildə Diorun ailəsi Parisə köçür və bir müddət sonra Cristian siyasi elmlər üzrə Azad məktəbə qəbul olur. Beynəlxalq hüquqlar və coğrafiya ilə məşğul olmaq əvəzinə, gələcək dəb quru muzeylərə gedir, musiqi və rəssamlıq dərsləri alırdı. Kristinanın kumiri şəkillərinə sonsuzadək heyranlıqla tamaşa edə biləcəyi Pikasso idi... Bu həvəs Kristinanın dostu Jean Bonzhak ilə birlikdə 1928-ci ildə Derain, Matisse, Braque, Picassonun şəkillərinin nümayiş olunduğu art-qalereyanı açmasına təkan oldu.
1931-ci il Dior üçün anasının ölümü və atasının müflisləşməsi,xəstələnməsi ilə faciəvi oldu. Kristina qalereyanı bağlamalı və pul qazanmaq üçün yollar axtarmağa məcbur oldu. Le Figaro Illustre jurnalı paltarların və şlyapaların eskizlərini məmnuniyyətlə alır. O zaman məşhur modelyer Robert Piguet gənc dizayneri dizaynın daha ciddi səviyyəsinə cəlb etdi, lakin müharibənin başlaması Diorun karyerasına mane oldu.Bir müddət xidmət etdikdən sonra o Parisə qayıdır və Lucien Lelong Evində işləməyə başlayır. Krisitian geyim eskizləri ilə yanaşı, ətir işini də mənimsəyir. Onun öz sözlərinə görə, ətirlər –qadının şəxsiyyətini tamamlayır, paltarın isə son akkordlarıdır. 1942-ci ildə zamanla məşhur Christian Dior Perfume firmasına çevriləcək ətir laboratoriyasını yaratdı.
 Amma şəxsi Ev haqqında fikrlər Kristinanı tərk etmir və 1946-cıildə dostu, toxuculuq istehsalçısı Marşel Brussakanın vasitəsilə bu arzusu həyata keçir. Elə ilk New Look kolleksiyası bomba partlayışı effektini verdi. İncə bel və yığılmış ombalı romantik modellər qadınları tülpana bənzədərək müharibədən sonra depressiyada olan zərif cinsə zərif və dəbdəbəli görünməyin mümkünlüyünü xatırlatdılar.
1947-ci ildə Christian Dior Evi ən böyük və məsuliyyətli mükafata- Yüksək Dəb Oskarına layiq görüldü. 1 il sonra isə Avropa və Amerika yeni ətir ilə birlikdə yeni üslubu qəbul etdilər.
 Miss Dior debüt ətri 1947-ci ildə buraxıldı. "Burun” Serge Heftler Luis 2 ay ərzində qardeniya, qalbanum əsaslı, paçuli, palıd mamırı, boz ənbər, vetiver və dəri fonunda açılan jasmin, qızılgül, nerol "ürəkli” son dərəcə incə və zərif kompozisiya yaratdı. New look üslubunun artıq 65 yaşı var, onun inanılmaz uğuru olan ətir isə indiyə qədər tələbolunan və məşhurdur. Miss Dior, Diorama, Diorissimo, hələ Kristinaın sağlığında yaradılan Dioressence və Diorella- yaradanının və ilhamverənin adını təkrarlayan bütün bu ətirlər klassik "Dior" ətir kolleksiyasını təşkil edir. Onların flakonları və qablaşdırmaları Dior şirkətinin qəbul etdiyi üslubda istehsal edilir: boz, ağ və çəhrayı rəngin qamması,XVI Lyudovikin medalyonları,atlas lentli həsir kağız. Dior optimizmi və inanımaz intiusiyası sayəsində müharibədən sonra Parisə dəb dünyasının paytaxtı statusunu geri qaytarmağa nail oldu. İlk dəfə o model biznesində lisenziya razılaşmalarını qəbul etdi- beləliklə, Christian Dior Evinin firma nişanı bütün dünyada yayıldı.Həmçinin məhsulun müxtəlif növlərini birləşib bir brend altında buraxılmasını ilk dəfə Christian Dior fikirləşdi. Beləlklə, o "dəb imperiyası" yaradılmasında pioner və indi bütün ticari brendlərin izlədiyi nümunə oldu. Nəhayət,Dior yüksək dəbin və səhnə qrafikasının sintezini ilk kəşf edən oldu- bir neçə tamaşada (məsələn, de Matyurin Teatrında "qeybət Məktəbi") və filmdə (Klod Otan-Lara, Alfred Xiçkoka kimi rejissorlarla işləyib) kostyumlar üzrə rəssam kimi çıxış edib.
 
 1953-cü ildə Diorun "reperturaı” ayaqqabı seriyası ilə tamamlandı. Tufli, basanoçka və qış çəkmələri məşhur usta Roje Vivye tərəfindən hazırlanırdı. Ümumiyyətlə Dior işə ən layiqli olanları alırdı. Onlar arasında Pierre Cardin və Yves Saint Laurent də var idi. Diorun ölümündən sonra 1957-ci ildə Dior Evinin son aparıcı modelyeri Yves Saint Laurent oldu. Sonralar isə Christian  Dior Evinin "sükanı” yalnız ulduzlarda oldu- Mark Boan, Gianfranco Ferre, Patrick Lavoie, John Galliano. Sonuncunun gəlişi ilə Dior-un yeni inkişaf mərhələsi başladı. Avanqardın kralı olan bu adam ilk və yəqin tək modelyer idi ki, podiumda görünməsi ilə dəfilədən heç də azmaraqlı şou göstərmirdi. Çox gözəl ornament, dəbdəbəli zinət əşyaları, gözəl işləmə, zəngin naxışlı tikiş, şedevr applikasiya – Qalyano Evin üslubuna epotaj və teatrallıq əlavə etdi.Məhz onlar arasında məşhurlar Dior-dan olan dəbli geyimlərələ qırmızı xalçada görünməyə başladılar. Brendin pərəstişkarları arasında- Sharon Stone, Monica Beluchi, Jude Law, Marion Kotiyar, Gisele Bundchen, Charlize Theron vardır.
Yeri gəlmişkən, sonuncu ehtiraslı və zərif, 80-ci illərin sonu, 90-cı illərdə Christian Dior-un "Qızıl əsr” zirvəsinə yüksəlmiş J'adore ətrinin reklam kompaniyasında iştirak etmişdi. Bu çilğin "Məftunam" adlı ətir qadin zərifliyinin simvoluna çevrilərək Jadore tarixinin başlanğıcına səbəb olub!

 

 

 

 

 

 

 

 

(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri