VERSACE - dəbin əfsanəvi ətri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 7 087
Səs ver:
(səs: 2)
1946-ci ildə İtaliyanın Ricio-di-Kalbriya şəhərində qisməti modanın əfsanəsi olmaq olan insan-Canni Versage doğuldu. Canni musiqini çox sevirdi. Ailə düşünürdü ki, o pianoçu olacaq, lakin oğlan anasının yolu ilə getdi-peşəkar dərzi. Françeska Versage tikiş sexində işləyirdi və oğlunu tez-tez özü ilə aparırdı. Canni ona ətəkləri tikməkdə və aksessuar seçimində kömək edirdi. Gəncin 18 yaşı tamam olduqda onu ştata götürürlər və artıq o öz modellərini hazırlayaraq həmkarlarını cəsarətli qərarları ilə herətləndirməyə başladı. Françeska və Canni yaradıcılıq tandemi 6 il sürdü. Ana oğlu ilə birlikdə həmişə Fransa, İngiltərə, Belçikaya səfər edir,parçalar alır, yeni tendensiyaları öyrənirdilər. Sonra Canni deyəcəkdi, ”məhz anası onu hər fiqur mükəmməl göründükdə qadınla titrək münasibətə alışdırdı, bəzədilmənin böyük sirrini öyrətdi”. Gənc dizaynerin istedaı italyan biznesmenlərini maraqlandırdı. Versagenin fəalliyətinə investisiyalar onun potensialını daha çox açdı. 27 yaşı olduqda isə artəq onun partnyorlar siyahısında Genny, Callaghan və Complic kimi Evlər var idi. 1978-ci ildə Versage özünün moda Evini-"Gianni Versace Spa” şirkətini yaradır. Qaedaşı Sanço və bacısı Donatella ona biznesdə kömək edirdilər, birinci idarə edir, ikinci isə fotosessiyalar görə məsuliyyət daşıyırdı. Versage Moda Evinin ilk qadın geyimi kolleksiyası Milanın Palazzo Permanente sarayında təqdim olunmuşdu. Uğur son dərəcə böyük idi! Orijinal fasonlar, gözlənilməz fakturalar, cəsarətli uyğunluqlar – kiça həddində parlaqlıq, ehtiras və qeyri-adiliyə acımış italyan tamaşaçısı heyranlıqla gənc kutyurun yeni ideyalarını qəbul etdi. 1989-cu ildə Versaçe kutyurdan Atelier Versace seriyasını buraxır – nümayiş Koko Şanelin modellərinin yerişini hələ də xatırladığı Parisin "Riç" otelinin bağlı hovuzunda keçirildi. Hamı tərəfindən qəbul edilmiş standartları izləməyən, yalnız öz daxili səsinə qulaq asan və heç vaxt səhv etməyən Canni Versageni "intuisiyanın Allahı” adlandırmağa başladılar.Canni Versagenin üslubu- bu antiklik, aristokratizm və üsyankarlığın qarışığı. O təcrübə aparmağı və pank-mədəniyyətin motivləri,barokko stili və sado-mazo istiqaməti ilə yüngüllüklə oynamağı sevirdi. Onu Jacqueline Kennedy, Andy Warhol və qalmaqallı gey Tom of Finland eyni güc ilə ilhamlandırırdı.
1990-cı illərin əvvəllərində Canni Versaçe,artıq "eqosentriklər üçün" kutyur kimi dünyada məşhur oldu, heyran olan jurnalistləri dizayneri nelə adlandırırdılar. Onun ulduzlu pərəstişkarları arasında – Madonna, xanım Diana, Corc Maykl, Elton Con var idi. Canni Versagenin inqilabi açılşları arasında: qara dərinin və qızıl furniturun uyğunluğu, gecə paltarlarının və alt paltarının kombinasiyası, köynəklərdə parlaq printlər, dəri kişi şalvarları, korsetlərlə dar və çox qısa ətəklər. Hesab edilir ki, məhz onun nümayişlərində kişi podiuma ilk dəfə qalstuksuz və cinsdə çıxdı. Rusiyada bu brend moruq rəngli pencəkli kolleksiyasından sonra meqapopulyar oldu- 90-cı illərin əvvəllərində bu detal "yeni rus" qarderobunun simvollarından biri idi.
Versagenin toxunduğu hər şey "ulduzlu” olurdu. Onun dahiliyi Christy Turlington, Linda Evangelista, Cindy Crawford, Claudia Schiffer və Naomi Campbell dünya şöhrətli top model etdi. Mebel və farfor qab-qacağı (Rosenthal firması ilə birgə buraxılmış)Versagenin magiyası sayəsində inanılmaz növbələri sıralamağa başladılar.Versage ətirlərini bu "tale" gözləyirdi.
1981-ci ildə ictimaiyyətin mühakiməsinə ilk qadın ətri Gianni Versace, 5 il sonra isə L'Homme kişi ətri təqdim olundu. Tənqidçilər qeyd edirlər ki, o müasir dünyada güclü cins üçün ətrin etalonu oldu – eyni zamanda təmtəraqlı, nəfis, təmkinli və zadəgan. Versace Evi hər mövsüm yenilikləri "hədəfə almağı" lazımlı hesab etmir – hər kompozisiya buketinin üstündə iş incədən-incəyə və diqqətlə aparılır.Nəticə-qüsursuzdur. Bu ətrin sayəsində Versage onun buraxılışından çox illər sonra da bestseller olaraq qalır.
Dəbin dahisi və inqilabçısı 15 iyul 1997-ci ildə Mayami-Biçdəki imarətinin yaxınlığında vəfat edir. Canni Versage vurulmuşdu-versiyalardan birinə görə fabriklərdə Versage məhsullarını kütləvi saxtalaşdırması ilə məşğul olan mafiyaya qarşı çıxdığına görə. Kutyurun ölümündən sonra Vesage Evini Donnatella Donnatella ersage idarə edir. Ona qədər məşhur Versace Bright Crystal buraxılmışdı – müvəffəqiyyət və gücün romantika və zərifliklə ziddiyyət təşkil etmədəiyini düşünən qadın üçün yaradılmışdır.Nar dənələrinin, şanagül ləçəklərinin və Cənubi Afrikanı qırmızı ağacının istiliyinin zərif birləşməsi artıq 6 ildir ki, qadınların sevimli ətri kimi qalmaqdadır. Sirr ondadır ki, Canninin bacısı Evin əsas komsepsiyasını izləyir, səhvsiz tanınan meduza loqotipi. Yeri gəlmişkən, o şirkətin əsası qoyulduqda yaradılmışdır. Versaçe hesab edirdi ki, meduza – bu sözün əsl mənasında iflic və hətta hipnoz edən qaçılmaz gözəlliyin və qədim yunan klassikasının antik dramatizminin simvoludur. O haqlı çıxır. Versace brendi bu günə kimi milyonlar üçün orijinallığın və xüsusi cəzbedicilərdən biridir.

 

 

 

 

 

 

 

 

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 7 087
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri