Mövsümün ən romantik ətirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 951
Səs ver:
(səs: 0)
Payız və qış aylarında darçın, əncir, vanil, portağal, balqabaq və həzin qoxuları sınaqdan keçirməyə nə deyirsiniz?

Bu il dəyişiklik etməyə və ağıllarda qalan qoxuları sınaqdan keçirməyə çəkinməyin. Qadınlar.biz-in ən romantik payız və qış ətirlərini seçib. Topladığımız qoxular arasından birini seçin və qoxunuzla xatirələrdə iz qoyun...

"Dolce&Gabanna Intense"
Ehtiraslı və zərif qoxu ilə tanış olmaq üçün "Dolce&Gabanna Intense" ətrini sınaqdan keçirə bilərsiniz. Bəyaz çiçəklərin saf qoxularından hazırlanan bu ətir ehtiraslı olduğu qədər də məsumdur.
Tərkibi: böyürtkən, yaşıl mandalin, neroli, portağal çiçəyi, yasəmən, hind qozu esansı, əncir, vanil, səndəl ağacı, günəş çiçəyi.

"Fendi L'Acquarossa"
"Fendi"nin son parfümu "L’Acquarossa" qırmızı su mənasını verir. Çılğın və ehtiraslı ətir axtaranların ətridir.
Tərkibi: Siciliya mandalini, berqamot, portağal çiçəyi, qırmızı sədr ağacı, müşk

"Chanel No.5!"
İllərə meydan oxuyan "Chanel"in əfsanəvi qoxusu, xəfif, narın və qüsursuz ətirdir.
Tərkibi: Berqamot, limon, yasəmən, qızılgül, zambaq, vanil, amber.

"Michael Kors Sexy Amber"
Qış mövsümündə şəhvətli və çəkici qoxu axtarırsınızsa, ən doğru ünvan "Michael Kors Sexy Amber" ətridir. Başdan çıxaran notları ilə gecə və gündüz rahatlıqla istifadə edə bilərsiniz.
Tərkibi: amber, səndəl ağacı, yasəmən.

"Giorgio Armani Si"
Zəriflik, güc və azad ruha laqeyd qalmağa qoymayan ətirdir. "Giorgio Armani Si" yumşaq, şəhvətli və incə ətirdir.
Tərkibi: qara üzüm, freyza çiçəyi, vanil

"Down Town Calvin Klein"

İş qadınızsınızsa, bu ətirdən mütləq almalısınız. Qalıcı ətir olduğu üçün hər kəsi öz sehri altına alacaq.
Tərkibi: berqamot, portağal çiçəyi, yaşıl armud, alça, bibər dənələri, sədr ağacı.
 
"Juicy Couture Viva La Juicy Noir"
Şirin qoxusu ilə qadının ən saf halını göz önünə gətirir.
Tərkibi: Çiyələk, mandalin, yasəmən, amber, karamel, vanil.

"Bvlgari Omnia Crystalline"
Həzin xatirələr oyadan notlardan vaz keçə bilmirsinizsə, bu qoxudan alın. "Omnia Cyrstalline" qadınlarda fərqli çəkicilik yaradır.
Tərkibi: Bambuk, armud, çin darçını, çay

"Yves Rocher Comme une Evidence Intense"
"Yves Rocher Comme une Evidence Intense"-in çox şəhvətli qoxusu var.
Tərkibi: yasəmən, bal və hind yasəməni.

"Katy Perry Killer Queen"

Güclü, iradəli və çəkici qadınların qoxusudur.
Tərkibi: Alça, berqamet, tut.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri