Lüks: Üzdəki qüsurları gizlədən və üzə qüsursuz hamarlıq bəxş edən "BareMinerals Original Fondöten” 10-cu dəfədir ki, siyahıda yer alıb. Bu tonal krem üzdəki yağı əmir, pudra və korrektorun da vəzifəsini öz üzərinə götürür.
Yaşlanmanı dayandıran ən yaxşı zərdab
Sərfəli qiymətə: Gecə və gündüz davamlı olaraq istifadə etdikdə üzdəki xırda qırışları aradan qaldıran və üzü hamarlaşdıran "Olay Regenerist Regenerating Serum” 3-cü dəfə siyahıya daxil ola bilib.
Lüks: Körpə dərisi kimi hamar və qüsursuz üz vəd edən "Estée Lauder Advanced Night Repair II Serum” adlı zərdab da siyahıdadır. Bu məhsul siyahıya 4-cü dəfə daxil olub.
Ən yaxşı dodaq boyası
Sərfəli qiymətə: Rəngli qutusu, rəng çalarları və dodaqları nəmləndirən tərkibinə görə "Maybelline Baby Lips” dodaq boyaları ilin ən yaxşısı seçilməyə layiq görülüb. Bu dodaq boyaları artıq 2-ci dəfədir ki, ən yaxşı seçilir.
Lüks: Davamlılığı və rəng çalarlarının möhtəşəmliyinə görə "MAC” dodaq boyaları "Glamour”un siyahısına 2-ci dəfə daxil olmağı bacarıb.
Ən yaxşı tuş
Sərfəli qiymətə: Kirpikləri tək-tək ayıran və möhtəşəm uzunluq bəxş edən "Maybelline Great Lash” tuş 10-cu dəfə siyahıya daxil olub.
Lüks: Gözlərə qüsursuzluq bəxş edərkən təbiiliyi də vurğulayan "Benefit They’re Real” tuş 2-ci dəfə siyahıya daxil olan növbəti kosmetik vasitə olub.
Ən yaxşı ənlik
Sərfəli qiymətə: Möhtəşəm rəng çalarları və üzə təbii görüntü bəxş etməsi səbəbindən siyahıya 10-cu dəfə daxil olmağa layiq görülən ənlik "CoverGirls” brendinin məhsulları olub.
Lüks: Yumşaq teksturası və təbii parlaqlıq verən tərkibinə görə "Nars” brendinin ənlikləri 6-cı dəfə siyahıda yer alıb. Bu ənliklərin xüsusilə də "Orgasm” adlanan çaları dünya ulduzlarının vaz keçilməzləri arasındadır.
Ən yaxşı nəmləndirici
Sərfəli qiymətə: Dərini həm nəmləndirən, həm də Günəşin zərəli şüalarından qoruyan "Olay Complete All Day Moisturizer SPF 15” ən yaxşı nəmləndirici seçilib.
Lüks: "Clinique” firmasının klassikləşən nəmləndiricisi "Clinique Dramatically Different Moisturizing Lotion+” 10-cu dəfə siyahıya daxil olmağa layiq görülüb.
Ən yaxşı göz kremi
Sərfəli qiymətə: Göz altı torbalarını və qaraltını aradan qaldırmaq və qırışlarla mübarizə etmək üçün ideal vasitə olan "Roc Retinol Correxion Eye Cream” bu siyahıya ilk dəfə daxil olub.
Lüks: "Möcüzəli krem” adlandırılan "Clinique All About Eyes” kremi gözaltı qaraltıları və şişlikləri aradan qaldırdığı üçün siyahıya 9-cu dəfə daxil ola bilib.
Ən yaxşı ətir
"Juicy Couture Viva La Juicy” ətri çiyələk, naringi, limon, yasəmən qoxularının möhtəşəm harmoniyasından yaradıldığı üçün siyahıya 2-ci dəfə daxil edilib.
Ən yaxşı dırnaq boyası
Sərfəli qiymətə: davamlılığı, tez quruması və dırnaqları qidalandırması "Sally Hansen Complete Salon Manicure” dırnaq boyalarını əvəzolunmaz edir. Elə buna görə də bu dırnaq boyaları 3-cü dəfə siyahıda yer almğa layiq görülür.