Ətiri necə seçməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 2 651
Səs ver:
(səs: 1)
Ətir seçmək də geyim seçimi kimi bir o qədər də asan olmayan məsuliyyətdir. Dəb və bənzərsiz olmaq bu anda da öz aktuallığını qoruyub saxlamalıdır.
Bəs nə etməli?
Burada da yenə zövqünüzün əsas rol oynayacağını unutmayın.

Bir çoxları hesab edir ki, ətir gün ərzində iyini nə az, nə çox düz üç dəfə dəyişir. Həqiqət payı var.
İlk mərhələ qabı açan kimi hiss etdiyiniz iydir. Tələsmək lazım deyil.
İkinci mərhələdə hər hansı bir kağız parçasına ətiri vurub iyləyin. Beləliklə, əsl qoxunu hiss etməyə başlayacaqsınız.
Üçüncü mərhələdə isə vaxt köməyinizə gələcək getdikcə ətirin iyinə alışıb, sizə uyğun olub-olmadığını anlayacaqsınız.
Bir dəfəyə mağazada bütün ətirləri iyləməyə cəhd göstərməyin. 4-5 sizə uyğun olan növə diqqət edin, əks təqdirdə, burnunuz yorula bilər. Çünki bir sıra sərt ətirlərdən baş ağrıları olur.
Ən yaxşı variantda ətri yoxlamaq üçün onu dirsəyin bükük hissəsinə vurun, orada dəri isti olur və qoxu daha çox hiss olunur.
Hər iyi yoxlamaq üçün 20 dəqiqə vaxt lazımdır. Bu zaman ərzində ətir dəriyə hopur və siz seçiminiz edə bilirsiniz.
Alimlər hesab edir ki, ənbəri alan zaman ən yaxşı qorxu və şok keçirmiş olasınız. Belə anda iy daha çox aydın hiss olunur.
Qadın ətirlərinin əksəriyyəti meyvə, gül və ya müxtəlif ot iyli olur. Gecə mərasimləri üçün isə əsasən bir qədər sərt, ağır və ya şərq ətirli iylər seçilir.
18 yaşına kimi qızlar əsasən yüngül, təravətli iyli ətirlərə üstünlük versələr yaxşı olar.
Gül və ya meyvəli ətirlər isə əsasən dinamik, həyatsevər 20 yaşlı xanımlara uyğundur.
Romantikanın vurğunu olan xanımların seçimi isə bitki qoxulu ətirlər olmalıdır.
Saçlarınızı yuyandan sonra sevdiyiniz yüngül qoxulu ətiri saçlarınıza vurub, sonra qurutsanız, xoş iyin şahidi olacaqsınız.
Geyimə isə çox ətir vurmaq məsləhət deyil. Ətiri qoltuqaltı nahiyələrə vurmaq da düzgün deyil.
Ətirinizi təbiətinizə, xarakterinizə uyğun seçməyə çalışın, çünki o barənizdə çox şey danışa bilər.
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 2 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri