Ətrinizi nə qədər tanıyırsınız?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 707
Səs ver:
(səs: 1)
Ətrinizi nə qədər tanıyırsınız?
Nota sözünü tez-tez eşidirsiniz ancaq nə mənanı verdiyini bilirsinizmi? Odunsal, Çiçəksəl, deyərkən çaşbaş qalırsınız? Bu xəbərdə sizə ətrinizi daha yaxından tanımağınıza kömək edəcək ipucları verəcəm..

$2
Hər kəsin bir ətri istifadə etməsi bizim də onu istifadə etməmiz lazım olduğu mənasını verməz. Çox məşhur olan bir ətir bədənimizə yaraşmaya ya da zövqümüzlə tutuşmaya bilər.

Ətirlərdə nota nə deməkdir?
Ətrin qoxusunu yayma mərhələlərinə nota deyilir. Hər ətir üst nota (təpə nota), orta nota (ürək notası) və alt nota (dib nota) olaraq adlandırılan üç qoxu yayma mərhələsindən meydana gəlir.

Üst notalar ətir sıxıldığında alınan ilk qoxudur və 10-20 dəqiqə içində itər.
Orta notalar, ətrin xarakterini təyin edən qisimdir. Ətrin dəriyə yerləşməsiylə diqqətə çarpar və 3-6 saat arası dəridə qalar.
Alt notalar, ətrin gerçək şəxsiyyətini və qalıcılığını təyin edən qisimdir. Qoxunun dəri üzərindəki ömürü ona bağlıdır.

Bir də ətir ailələri var ki, odunsal, çiçeksəl deyərkən işin içindən çıxmaq bəzən olduqca çətinləşir. Bəzi ətirlər iki xüsusiyyəti eyni anda daşıya bilir, həm çiçəkli həm də meyvəli kimi...
 
Odunsal
Odunsu ətirlərin içində sidr ağacı, qayıq ağacı və paçuli kimi notalara rast gələ bilərsiniz. Meşə əsintisini bədəninizə daşıyarlar. Odunsu ətirlərə verilə biləcək ən yaxşı nümunələrdən biri Elizabeth Ardanın Mediterranean ətiridir.

Oryantal
Təməl məzmunları müşk, amber, vanil və egzotik bitkilərdir. Oryantal ətir deyincə ağla ilk gələnlərdən biri olan Diorun əfsanə Midnight Poisonu ən gözəl oryantal ətirlərdən biridir.

Çiçəksəl
Gül, yasəmən, jasmin kimi ağılınıza gələ biləcək hər cür çiçək özünü ehtiva edərlər. Şirin və yumşaq bir qoxuları vardır. Estee Lauder Pleasures və Flora by Gucci ən sevilən bu növ ətirlərdəndir..

Meyvəli
Bergamut, limon, naringi, şirin portağal, qırmızı meyvələr və notaları ehtiva edən bu ətirlər yüngül olduqları üçün sevilirlər.DKNY Be Delicious və Prada Infusion da Fleur d'Oranger bu tip meyvəli ətirlərdəndir…
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 707
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri