Saxta ətirləri əsl ətirlərdən necə seçək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 931
Səs ver:
(səs: 2)
Ölkə bazarında satılan ətirlərin 40 faizi saxtadır.
    
Saxta ətiri insanlara satan əksər satıcılar ətriyyatın hətta haradan gətirildiyini belə bilmirlər. Alıcılar isə ətir seçərkən həqiqi və saxtanı fərqləndirməkdə çətinlik çəkirlər: "Mən, sadəcə, satıcıdan soruşuram. Özüm bilmirəm. Satıcıdan soruşuram inanıram. Elə olub ki, aparmışam evə saxta çıxıb. Baha olsun, baha olanda orijinal olur, mən də bahalılığına əsas fikir verirəm".
 
Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov atvxəbər-ə deyib ki, ölkə bazarlarında satılan ətirlərin 40 faizi saxtadır: "Brendin üzərinə barmaq gəzdirmək lazımdır. Əgər əlin altında o yazılar hiss olunarsa, bu həqiqidir. Saxtada isə bir baş apoliqrafiya ilə yazılıb. Orijinallarda sanki yandırılmış, ştanplanmış kimi olur. Ən prestijli mağazalarda belə, bəzən saxta ətirlər satılır".
 
Hər bir məhsulun olduğu kimi ətirlərin də standartı var. Diqqətli olun, orijinal ətrin müəyyənləşdirilmə qaydasını təqdim edirik.

Mütəxəssis Nigar Həsənovanın sözlərinə görə, bu standartlara xarici görünüş, orqonotiq görünüş, rəngi və qoxusu daxildir: "İkincisi, ətirlər şəffaf olmalı, iyinin davamlığı 60 saatdan az olmamalıdır.Etil sipirti 85 faiz olmalıdır, efir yağları isə 18 -30 faiz təşkil edilməlidir".

Ehtiyatlı olmaq qaçılmazdır. Belə ki, tərkibi məlum olmayan ətirlər dəri xərçənginə qədər gətirib çıxara bilər. Kosmetoloq İradə Həsənli deyir ki, saxta ətirlər dəri ilə təmasda olduqda allergik reaksiya verir: "Müxtəlif dermotozlar qaşınmalar dərinin qurulanması problemlər əməl gəlir.Bundan başqa piqment ləkələr əmələ gətirir. Ətiri çalxaladıqda köpük əmələ gəlirsə, bu saxtadır".

İnzibati Xətalar Məcəlləsində saxta ətirlərin satışı ilə məşğul olan şəxslərin 1500 manatdan 3000 min manatadək cərimələnməsi göstərilsə də, bazara yenə saxta ətriyyatlar daxil olur. Seçim isə alıcının özündədir.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 931
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri