Ətiri necə düzgün seçməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 776
Səs ver:
(səs: 0)
Hər birimiz ətirdən istifadə edirik, hər xanımın əminəm ki, 3-4 ədəd sevimli ətirləri var. Ancaq ətiri necə düzgün seçməli, istifadə etməli, tərkibinin nədən ibarət olduğunu və nə qədər saxlama müddətinin olduğunu bilirsinizmi ?

Bir ətirin tərkibi bir neçə qarışıqdan ibarətdir. Bura təbii efir yağları və sintetik qatqılar daxildir. Təmiz halda nə sintetik nə də təbii ətir yoxdur.

Bəs hansı daha yaxşıdır - təbii ya Sintetik ? Təbii efir yağı, əlbəttə ki, ətir yaratmaq üçün çox gözəl tərkibdir. Təbiətin ən təbii komponentlərini əldə edib ətir yaratmaq. Belə təbii komponentlər dünyada 2000-2500-ə yaxın hesab edilir. Yeganə mənfi cəhət - qiymətinin yüksək olmasıdır. Təbii olan hər şey çox yüksək qiymətləndirilir. Buna görə sintetik vasitələr daha çox yaranır. Ancaq bundan qorxmaq lazım deyil. Sintez- normal prosesdir.

Ətirlərin saxlanma müddəti müxtəlifdir. Ən tanınmış brendlərin ətirlərinin ömrü hətta 7-10 ilə qədər olur. Ətirin saxlanma müddəti hazırlanma texnoloqiyasından asılıdır. Belə ki, qeyd etdiyimiz efir yağlarından hazırlanan məhsullar hələ qədim zamanlarda da istifadə olunmuşdur. 2000 il keçməsinə baxmayaraq araşdırmalar zamanı qalıqlarına rast gəlinən bu məhsullar hələ də xüsusiyyətlərini dəyişməmişdir. Bu da ətirlərin nə qədər uzun ömürlü ola bildiyini göstərir. Ancaq parfumlar arasında az ömrü olanlar da vardır

Ətir seçərkən nəyə diqqət yetirmək lazımdır ? Ilk növbədə ətiri nə məqsədlə seçdiyinizi dəqiqləşdirin. Özünüz üçün, hədiyyə və ya ətrafa xoş təsir bağışlamaq üçün.

Birinci halda sizin seçiminizə heçnə təsir etməyəcək, əgər ətiri sevdinizsə, ona sahib olmaq istəyirsinizsə başqalarının nə düşündüyü sizi maraqlandırmayacaq.

Ikinci halda, hədiyyə olunacaq şəxsin nəyi sevdiyini, istəyini nəzərə almalısınız. Hər bir insan özünəməxsus, individualdır. Bunun da ən gozəl sübutu ətirdir. Bunları nezere almaqla cox gozel secim ede bilersiniz.

Diqqət mərkəzində olmaq istəyənlər, ətrafındakı insanların ətri haqqda nə deyəcəyi ilə maraqlananlar isə son dəbdən, yeniliklərdən xəbərdar olmaqla düzgün seçim edə bilərlər. Unutmaq lazım deyil ki, Şleyf (ətrafa yayılma) bir çox amillərdən asılıdır! məs. Havanın temperaturu, sizin hərəkdə olmanız, ilin fəsili və s

Həmçinin, ətiri seçmək onu daşımaq qədər önəmlidir. Istifadə edərken diqqətli olun, çox üzərinizə tökməyə ehtiyyac yoxdur. Bu sizə və ətrafınızdaki insanlara pis təsir edə bilər.

Çalışın hər zaman düzgün seçim edin.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 776
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri