Ətirdən düzgün istifadə qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 216
Səs ver:
(səs: 2)
Bəzən rəfiqənizin ətrindən xoşunuz gəlir, ancaq eyni ətri alıb özünüz vuranda qoxu istədiyiniz kimi olmur. Bu, çoxlarının başına gələn hadisədir. Səbəbi isə hamının fərqli dəriyə sahib olmasıdır. Çünki qoxuya həyat verən insan dərisidir. Dəriyə vurulan ətir bəzən çox cazibədar, bəzən isə arzulanmayan qoxu yaya bilər. Belə ki, insanın özünəməxsus dəri xüsusiyyəti ətrin qoxusunu dəyişdirir. İnsanların yediyi yeməklər, gündəlik qəbul etdiyi maye və dəri tipi kimi bəzi xüsusiyyətləri parfümün yaratdığı təəssüratı dəyişməyə qadirdir. Parfüm almazdan əvvəl dərinizdə testdən keçirmək vacibdir. Başqa birinin istifadə etdiyi bir ətri bəyəndiyiniz üçün dərinizdə yoxlamadan almayın. Bəlkə sizin dərinizdə gözəl qoxumayacaq? Əgər iyləri qarışdırırsınızsa, bu zaman təzə qəhvə qoxlamağınız məsləhətdir. Beləliklə də, qarışdırdığınız iyləri fərqləndirə biləcəksiniz. Parfümlərin saxta və ya əsli olduğunu seçmək üçün üzərində adının düzgün yazılmasına fikir vermək lazımdır. Əgər onun qablaşdırılması səliqəli və düzgündürsə, istehsal edən ölkənin adı qeyd olunubsa, böyük ehtimalla, bu, həmin ətrin əslidir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 216
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri