2015-ci ilin ən dəbli ətirləri

Müəllif: SEVGI DENIZIM
Şərhlər: 20
Baxılıb: 4666
Paylaş:
Səs ver:
(səs: 7)
Dəb tendensiyalarını ətirlərsiz təsəvvür etmək mümkün deyil. Ətir qadın aksesuarları arasında birinci yeri tutur. Təbii ki, geyim dəbi ilə yanaşı ətir dəbi də dəyişir. 2015-ci ilin ətirlərini təqdim edirik.
Siyahıda ilk yeri Dior Cuir Cannage tutur. Bu, Dior kampaniyasının ətri Lady Dior çantası ilə əla uyğunluq daşıyır. Kompaniyanın baş parfumeri Fransua Demaşi iddia edir ki, bu Dior çantasının həssaslıq və eleqantlığını vurğulayır. Ətir ilanq-ilanq gül notlar, apelsin və yasəmən çiçəklərinin notlarından ibarətdir. Mərkəzi qoxu bənövşə və qızılgül qoxularından ibarətdir.
 
2015-ci ilin daha bir ilahi ətri Loewe Aire Evasion hesab oluna bilər. Solğun yaşıl flakondakı ətir təbiətin oyanışını əks etdirən qoxuya malikdir. Müşk və çiçək-meyvə tandemi ətri təkrarolunmaz edir. Bu ətir eleqant və qeyri-adilikləri sevən əsl qadınların ətridir. Yüksək notları acı apelsin, ağ şaftalı, şirin alma və çay ətirləri təşkil edir. İncə notlarını tuberoza yarpaqları, yasəmən, inciçiçəyi, ağ pion təşkil edir.
 
Siyahıda növbəti yeri Xoxo Luv For Her ətri tutur. Bu, zövqlü, parlaq və özünə inamlı qadının obrazını tamamlayacaqdır. Ətir sevgi hissi yaradır. Ətir çiçək və şirəli meyvə ətirlərindən ibarətdir. Yüksək notlar kaliforniya qrepfrutu, italyan limonu və qızılı almadan təşkil olunur. Yasəmən və çəhrayı pion şirəli manqo ətri ilə birləşərək xüsusi enerji yaradır. Özəyini ağ zöncəfil, vanil, müşk və virciniya sidri təşkil edir.
 
Əfsanəvi ətir Tom Ford xüsusi diqqət tələb edir. Tom Ford Velvet Orchid əbədi dəbdəbə və həzz ətridir. Bu ətir qarşısında dayanmaq sadəcə mümkün deyil. Tom Fordun qara orxideyası sərin sitrus, rom, bal və yarpaqların ətri ilə qovuşur.
 
Əgər siz universal, həm də dəbli ətir əldə etmək istəyirsizsə, Bogetta Veneta Knot sizə lazım olan ətirdir. Yüksək notlarını tünd apelsin təşkil edən ətrin qoxusu gül çələngi ətri ilə birləşir. Sitrus qığılcımı söndükdə gavalı, vanil və müsk ətri sizi heyran edəcək. Yüngül notlarda qızılgül, lavanda və pion ətirlərini duymaq olar.
 
Qışda isti dəniz suyuna baş vurmaq istəyənlər üçün Jo Malone Wood Sage & Sea Salt ideal ətirdir. Bu ətri vurmaqla soyuq qış havasında isti dəniz sahilinin, dəniz suyunun ətrini duymaq olar. Parfumun yüksək notları yosunlar və qreypfrut ilə möhkəmlənmiş tərxun, ənbər toxumları və dəniz duzundan ibarətdir.
 
Daha bir möhtəşən ətir Narciso Rodriguez təqdim olunur. Hələ 2003-cü ildən etibarən Narciso Rodriguez modalar evi yeni ətir ilə bütün parfum sənayesini riqqətə gətirmişdir. Onun əsas özəlliyi parlaq və güclü müşk ətirli olmasıdır. Bu ətrin istehsalında əsas rol ağ qızılgül ilə zəngin qardeniya istifadə olunmuşdur. Müşk isə ətrin mərkəzi notudur. Ən seksual notları sidr ətri üzərində qurulmuşdur.

loading...
(səs: 7)
Şərhlər: 20
Baxılıb: 4666
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
AZURA
agir etirleri sevirem ♥
14 iyun 2015 16:41
20
Offline
vipbetul
etirde debnendi ele bil geyimdi
14 mart 2015 00:55
19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Slatkaya Miska
Çoooooooooooooooook güzel parfüm bende alırım
3 mart 2015 16:13
18
Offline
Tomris Müslümova
gozel etir sece bilirem tsk
2 mart 2015 17:13
17

Sən sadəcə mənimsən...!
Offline
gulka azeri
wirin qoxusu olan butun etirleri sevirem.
2 mart 2015 00:46
16
Offline
krisa
Eslinde butun nov etirleri sevirem.burada qeyd olunan etirleri birinci defedir esidirem.Axirinci etrmi yoldasim 14Fevralda eldi,Miss Dior.
1 mart 2015 18:04
15
Offline
ece uslu
sondan ikinciden istifade etmiwem
1 mart 2015 17:26
14
Offline
Menim balam
Guerlanın insolonc etrını çox beyenirem. Belke 5-6 defedir qurtardıqca alıram. Vazgeçe bilmirem. Bu etrin iysini belke neçe dene qadın yola gedende adını menden soruşub.
1 mart 2015 16:43
13
Offline
Nergizz
en cox lakosta sarisin iwledirem
1 mart 2015 15:23
12
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
roksi1995
men etrimi iyine gore secirem
1 mart 2015 15:19
11
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Offline
qanadli melek
Etri debe gore yox iyine gore secirem ucuz baha ferq etmir iyi xosuma geldi aliram
1 mart 2015 15:12
10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
emis
etirleri debine gore sevmirem xosuma geleni aliram
1 mart 2015 14:42
9
Offline
tek umidim sen
Men CHANEL,VERSACE isledirem,bir de oriflameden...Xebere gore tesekkurler
1 mart 2015 13:57
8
Ne mutlu TÜRK'üm diyene!...
Offline
Nergız33
Avonun bütün etirlerini sevirem
1 mart 2015 12:35
7
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
Qlamurr
Hazırda işlətdiyim ətirlər,Versace,Tresor,romancedir....
1 mart 2015 11:47
6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
sona
Narciso Rodriguez bunu diyesen mennen bawqa hami beyenir. Hec sevmedim qoxuSunu
Tom Fordun kiwi ucun olanini niwanlim iwledir cox gozel duxidi. Dior hecde onu beyenmiyen var goresen? Esasda miss dior. twk xeber ucun
1 mart 2015 10:57
5
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
Anuka
En sevdiyim yasemen iyi olan butun etirleri beyenirem.Qiymetleride yazilsaydi ela olardi))))twk
1 mart 2015 09:10
4
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
Offline
AYKA-ISI
bu il hele etir alammiwam budceme uygun olsa bunlardan alaram.hazirda versage,dima bilan iwledirem
1 mart 2015 09:04
3
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Offline
BARBI
Narciso rodriguez bu parfumun ela iyi var cox beyenirem ama bildiyim qederiyle olduqca bahalidir
1 mart 2015 08:04
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Gunesh
Herenin öz etir zövqü var... Maraqlı xeber idi... En çox Lanvinin kişi üçün olanı, birde ki, Valentina etrinden xoşum gelir... Men çox ele etirlerden istifade etmirem, qabın içinde olur sürtme etirlerden istifade edirem...
1 mart 2015 06:50
1
Heç kiə çirkli ayaqları ilə beynimdə və düşüncəmdə gəzməsinə icazə verməmişəm...! (M.Qandi)

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook