Ətirlər haqqında 4 yeni məlumat

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 6 301
Səs ver:
(səs: 7)
Siz orijinal ətir almaq istəyirsinizsə, bu zaman aşağıda qeyd elədiyim bəzi məsləhətlər köməyinizə gələcək.

1. Qablaşdırma
Ilk öncə tualet suyunun və ya ətirin qablaşdırmasına diqqət edin. O yaxşı keyfiyyətdə və davamlı olmalıdı. Sallofanla örtülübsə ətrin qabı bu zaman nəzər yetirmək lazımdı ki, sallofan qutuya tam şəkildə oturmuş olsun. Həmçinin də sallofanın aşağı və yuxarı hissələrdə aşağıdakı şəkildə bir birinə tikilmiş olsun.
Yəni orijinal ətirlərin qablaşdırılmasında sallofanın küncləri bir birinə xüsusi tikilir və ştamp formasında görsənir. Saxta məhsulda adi kley və ya oxşar vasitələrlə yapışdırılır və davamsız olur.
Yeri gəlmişkən qəliz dizayna malik flakonlar da orijinallıq zəmanəti hesab oluna bilər belə ki, onların saxtasını yaratmaq çox çətindi.

2. Yazısı
Orijinal məhsulun yazısı hər zaman dəqiq və səliqəli olur. Adı isə mütləq ingilis və ya fransız dillərindən birində olmalıdır. Əsl fransız ətri heç vaxt "parfume” şəklində yazılmır. Doğru olaraq "parfum” e ( yəni E dırnaqdan sonra durur). Istehsalçılar haqqında məlumat da hər zaman " Made in ....” təşkil edir. Bundan başqa, əsl ətirdə yazılar həmişə malın adını göstərir, həmçinin də istehsalın tarixini, istehsalçı ölkəni, yararlıq müddəti, məhsul tərkibini. Diqqət yetirdikdə bəzən görmək olar ki, məhsulun adı doğru yazılmayıb. Məsələn " Kenzo” deyil " Genzo " olaraq.

3. Ştrix kod
Fransız tualet suyunun ştrix kodu "3” ilə başlayır. Hər ehtimala qarşı digər məşhur ölkələrin ştrix kodlarını təqdim edirəm. Böyük Britaniya – 50, İspaniya – 84, İtaliya – 80-83, Almaniya – 400-440

4. Flakon
Flakonun şüşəsi şəffaf olmalıdır. Əsl ətir heç vaxt metal qapaq ilə bağlanmır, çünki korlana bilər. Maye də həmçinin şəffaf olmalıdı, parlaq rəng saxtalıq əlamətidir. Son olaraq isə qiymətə diqqət edin. Əgər o çox cəlb edicidirsə çox güman ki, orijinal deyil.
(səs: 7)
Şərhlər: 10
Baxılıb: 6 301
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri